Xırdalanda seçicilərlə GÖRÜŞ

11:38 23-01-2024 | icon 351 | Siyasət
Xırdalanda seçicilərlə GÖRÜŞ

Fuad Əliyev: "Səsləndirilən problemləri hökumət və əlaqədar qurumlar qarşısında qaldırıb, həllinə çalışacam"

 

Prezidentliyə müstəqil namizəd Fuad Əliyev Xırdalanda Mədəniyyət Evində seçicilərlə görüşüb.

 

Versus.Az xəbər verir ki, bu barədə Vətəndaş Birliyi seçki Qərargahının məlumatında bildirilib.

 

Görüşdə seçicilər sosial narazılıqlarını prezidentliyə namizədin diqqətinə çatdırıblar. Onların şikayətəri əsasən işsizlik, az maaş, az pensiya, Qarabağ əlillərinin problemləri, müəllimlərin həkimlərin sertifikasiya imtahanlarının ləğvinə dair və digər bu kimi problemlərlə bağlı olub.

 
 
Səsləndirilən bütün şikayətlər Fuad Əliyevin vəkili Xəzər Teyyublu tərəfindən qeydə alınıb.
 
 
Prezidentliyə namizəd görüşdə səsləndirilən problemlərlə bağlı müraciətləri hökumət, əlaqədar qurumlar qarşısında qaldıracağına, mümkün qədər həllinə çalışacağına söz verib.
 
 
Sonra Müstəqil Həmkarlar Birliyinin Qaynar Xəttinin əlaqə nömrələri seçicilərin diqqətinə çatdırılıb - (055) 556-25-42).
 
 
Sonda Vətəndaş Birliyi seçki Qərargahı seçicilərlə görüşə şərait yaratdığına görə Mədəniyyət Evinin başda Arzu müəllim olmaqla rəhbərliyinə və xırdalanlı dostlara minnətdarlığını ifadəedib.
 
 
 
 
 
AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI