“Bu ikili standartlı təkəbbür bizi öz yolumuzdan döndərə bilməz”

17:58 23-01-2024 | icon 559 | Siyasət
“Bu ikili standartlı təkəbbür bizi öz yolumuzdan döndərə bilməz”

Ramil Hüseynov: “AŞPA-san deyə istədiyin zaman yanlış iddialar yeridə bilməzsən”

 

“Qərbin, Avropanın Azərbaycana qarşı qərəzli mövqeyi, əks təsirləri 2020-ci il 44 günlük müharibədə qazandığımız zəfərdən sonra daha aqressiv forma alıb. Bu, Azərbaycanın daha böyük uğurlara imza atması üçün yürütdüyü siyasətin, diplomatiyanın, strategiyanın yeni xəttinə qarşı sərgilənən qısqanclıqdır və o təşkilatın apardığı ikili standartlı, qərəzli siyasətin mahiyyətindən irəli gəlir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

 

O, qeyd edib ki, Azərbaycan Avropa ölkələrindən, AŞPA kimi nüfuzlu qurumdan tamamilə fərqli, ədalətli siyasi yanaşma gözlədiyi halda, tamamilə başqa təəssüf doğuran mənzərə ilə qarşılaşır:

 

“Halbuki vaxtilə Azərbaycanın Avropa dəyərlərinə uyğunlaşmaq üçün müəyyən qanunlar qəbul etməklə müəyyən sənədlərin ratifikasiya edilməsi yönündə müəyyən addımlar atmışdı. Bu, hər şeydən öncə dövlətin təhlükəsizliyini, ərazi bütövlüyünü, suverenliyini təmin etmək, qorumaq üçün yanında dayanacaq etibarlı strateji tərəfdaşların hazırlanmasına yönəlmişdi. Amma biz bu gözləntini Avropa platformalarından görmədik. Torpaqlarımız uzun müddət işğalda qaldı, insanlarımız öz yurdunda köçkün vəziyyətinə düşdü, 100 minlərlə qaçqınlarımızın hüquqları pozuldu. Avropa Şurası Azərbaycana qarşı olan təhdidlərin, təzyiqlərin, təsirlərin heç birinə cavab vermədi. Özü işğalla bağlı qəbul etdiyi qətnamələrin əksinə hərəkət etdi”.

 

R.Hüseynov hesab edir ki, Avropa Şurası Parlament Assambleyasının hazırki addımlarını ciddiyə almaq lazm deyil. AŞPA-nın məsuliyyətsiz addımları üzündən qurulan münasibətlərin pozumasının tərəfdarı olmadığını vurğulayan Mərkəz rəhbəri qeyd edir ki, münasibətlər sisteminin tənzimlənməsində müasir dünya düzəninə uyğun atılacaq addımlarımızı düzgün qiymətləndirməliyik.

 

R.Hüseynov AŞPA-nın iddiası ilə məlum təşəbbüsün   Azərbaycanda siyasi məhbusların olması, onlara qarşı təzyiq, yaxud radikal addımların atılması ilə əlaqələndirilməsini yanlış, qərəzli hesab edib. Bildirib ki, bəzi yerli QHT-lərin, hüquq müdafiəçilərinin təqdimatı ilə “siyasi məhbus” kimi tanınan şəxslər var ki, onlar müəyyən cinayətlər törədərək həbsə atılıblar. Onun sözlərinəgörə, amma siyasətçi cinayəti törədirsə, o, siyasi məhbus deyil və bu məsələni masa arxasında oturub, kökündən çözmək olar.

 

R.Hüseynov eləcə də hesab edir ki, AŞPA-nın Azərbaycana qarşı iddiasında Qarabağın erməni sakinlərinə qarşı zorakılığın baş verməsinin əsas gətirilməsi qərəzli mövqedir:

 

“Dünyanın gözü qarşısında Azərbaycan heç bir mülki erməniyə nə müharibə zamanı, nə də sonra onlar özləri ərazini tərk edərkən təzyiq göstərməyib. Ona görə də belə qərəzli yanaşmaların bizim üçün heç bir gücü yoxdur. Qarabağda, eləcə də Xankəndidə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü prosesində atılan addımlar dövlət maraqlarına uyğun, beynəlxalq hüquq əsasında yerinə yetirilib. Təbii ki, dövlətin təməl prinsiplərinin marağı beynəlxalq platformaların siyasi bəyanatlarından daha önəmlidir. Eləcə də iddiada AŞPA məruzəçilərinin Azərbaycana səfərinin baş tutmaması, Laçın sərhəd buraxılış məntəqəsində müşahidə aparılmasına imkan verilmədiyi qeyd olunur”.

 

Mərkəz rəhbəri hesab edir ki, Azərbaycan bu istiqamətdə atdığı addımlarda tamamilə haqlıdır:

 

“Bizim həmin beynəlxalq təşkilatların gözləntilərimiz olub. Bu gözləntilərin heç biri yerinə yetirilmədi. Azərbaycan öz gücü, şəhidləri hesabına ərazi bütövlüyünü təmin etdi. Bundan sonra kiminsə gəlib sərhəddə hər hansı müşahidə missiyasını yerinə yetirmək istəyində olmasını bəyan etməsi yersiz və lazımsız hərəkət idi. Bu bizə həqarət idi və bunun qarşılığı verilməliydi. Ona görə də torpaqların işğalını, Azərbaycanın haqqının pozulduğunu laqeyd şəkildə izləyən beynəlxalq missiyaların hər hansı bir formada bölgəyə müdaxiləsinə imkan verilməyib və bu, tamamilə düzgün idi. Münasibətələr sistemində qarşılıqlı hörmət, qarşılıqlı ədalət, bərabər səviyyədə münasibətlər davam etdirilməlidir. Yoxsa, sən AŞPA-san deyə, istədiyin zaman, istədiyin yerdə yanlış iddialarını yeridə bilməzsən. Və biz kimlərinsə şəxsi maraqlarına uyğun informasiyalar əsasında hazırlanmış qərarlarla razılaşa bilmərik”.

 

R.Hüseynovun fikrincə, AŞPA-nın məlum təşəbbüsü Azərbaycanın xarici, daxili siyasətinə təsir göstərmək üçün edilən cəhdlərdən başqa bir şey deyil:

 

“Ona görə də bu gün AŞPA-nın mötəbər, müstəqil, daha demokratik dəyərlərə xidmət edən təşkilat olduğuna qərar verə bilmirik. Eyni zamanda Avropa Şurasında Azərbaycanla bağlı ciddi qərarların qəbul olunacağını düşünmürəm. Çünki Avropa Şurası ilə Azərbaycan arasında siyasi, iqtisadi əlaqələr mövcuddur və ölkəmiz tərəfdaş ölkələrin sayının artırılması ilə bağlı mühüm addımlar atır. Avropa Şurası böyük siyasi təcrübəyə malik qurumdursa, Azərbaycana qarşı sərt addımlar atmayacaq. Bununla yanaşı Avropa Şurasının ikili standartlı təkəbbürü bizi öz yolumuzdan döndərə bilməz. Dövlətin maraqları, mənafeyi hər şeydən önəmlidir. Biz artıq bu siyasətin bəhrəsini görümüşük. Çünki onun arxasında xalqın etimadı, etibarı var”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI