Avropa İttifaqı öz istəklərini MASKALAYIR

12:29 24-01-2024 | icon 571 | Siyasət
Avropa İttifaqı öz istəklərini MASKALAYIR

Vüqar Dadaşov: “Baş verənlər heç də bütünlüklə Ermənistanla əlaqəli deyil”

 

“Avropa İttifaqının bəzi aparıcı dövlətlərinin türk və Azərbaycana qarşı çox əsirlik oturuşmuş siyasətinin uğursuzluğu, bu qurumun Ermənistandan istifadə edərək Azərbaycanın artan nüfuzunu, güclü beynəlxalq mövqeyini, hərbi güc və potensialını əngələmək niyyəti özünü açıq göstərir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi, hüquqşünas Vüqar Dadaşov Avropa Şurasından Azərbaycana qarşı yönələn absurd iddiaları müstəvisində cərəyan edən proseslərə diqqət çəkərkən bildirib.

 

Onun fikirincə, Ermənistan adlı süni dövlətin türk coğrafiyasının ortasında yaradılması faktı və həmin Ermənistandan zaman-zaman bir vasitə kimi istifadə edilməsi "xaç yürüşünün" müasir forması və davamıdır:

 

“Avropa İttifaqının (Aİ) siyasəti həm də Qərb dünyasının milli mental dəyərlərinə, dini inancına və ümumən sivilizasiya formasına söykənən siyasətdir. Əgər Aİ-nın, ABŞ-da daxil olmaqla Qərbin antiAzərbaycan, antitürk siyasətinin ümumi çalarları yeni rəhbərlə nə vaxtsa dəyişə biləcəyini düşünürüksə, yanılırıq. İstisna etmirəm ki, yeni rəhbərliklə müəyyən mənada Qərbin Azərbaycana qarşı dağıdıcı, ittihamedici, təhdid siyasəti görünüşcə yumuşala bilər, ancaq mahiyyəti dəyişən deyil. Bir müddət əvvəl Estoniyanın baş naziri Kaya Kallas Josep Borrel-i, Ursula fon der Lyayen Avropa Komissiyasının sədri, Roberta Metsola Avropa Parlamentinin sədri, Danimarkanın baş naziri Mette Frederiksen isə Avropa Şurasının rəhbəri postunda Şarl Mişeli əvəzləyəcəyi barədə xəbərlər yayıldı. Ancaq, Aİ-da ali vəzifələrdə kimlərin olmasından asılı olmayaraq siyasi-diplomatik görünüşdən başqa Qərbin antitürk, antiAzərbaycan siyasəti dəyişən deyil”.

 

Ekspert hesab edir ki, əslində Rusiya-Ukrayna müharibəsi, baxmayaraq ki, bu işğalçı müharibəyə Rusiya təhrik edildi, bu da Qərb sivilizasiyasının apardığı siyasətin tərkib hissəsidir. Onun fikrincə, məhz Türkiyənin, Azərbaycanın antiRusiya cəbhəsində yer almamasının əsəs səbəbi də budur.

 

V.Dadaşov AŞPA-nın Azərbaycana qarşı təşəbbüsünün heç də dar çərçivəyə çığışmadığını bir sıra açıq faktlarla önə çəkib. O, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Brüsseldə keçirilən iclasda səsləndirdiyi fikirlərə diqqət çəkib:

 

“Borel bildirib: “Prezident Əliyevin son ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı pozuntusu yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”. Həmçinin Borrel "diplomatlar məsələsində" Fransa ilə həmrəy olduğunu da dilə gətirib. Ümumən 22 yanvarda Brüsseldə baş tutan iclası bütünlüklə Borrelin anti Azərbaycan tədbiri adlandırmaq olar. Əlbəttə ki, Aİ-nın ali nümayəndəsi Borrelin antiAzərbaycan açıqlaması heç bir halda onun şəxsi mövqeyi deyil. Onun bu açıqlaması bəzi ölkələr istisna olmaqla, Avropa İttifaqının ümumi razılaşdırılmış bəyanatdır”.

 

V.Dadaşov baş verənlərin heç də bütünlüklə Ermənistanla əlaqəli olmadığını deyib:

 

“Sözsüz ki, Aİ-nın antiAzərbaycan yanaşmasında Rusiyanın regiondan çıxarılması və Ermənistanın Qərbə inteqrasiyası planları da şərtdir. Borrelin təhdidedici açıqlamasına Fransanın Azərbaycanla çəkişməsində aciz duruma düşməsinin də təsiri var. Avropa İttifaqı Ermənistanı önə verərək öz istəklərini maskalayır və hədəfləyir. Azərbaycan və Türkiyə tandemi, bu birliyin dünyada artan nüfuzu və faktiki regiona sahibliyi, Fransa başda olmaqla xristian klubu olan Aİ-nın regionla bağlı planlarına bir səddir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI