Hepatit A virusunu necə tanımalı?

14:41 24-01-2024 | icon 369 | Sağlamlıq
Hepatit A virusunu necə tanımalı?

Son vaxtlar insanları narahat edən bir məsələ var - dədə-babadan sarılıq kimi tanıdığımız hepatit A virusunun yayılması. Bakının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə bəzi orta məktəb və məktəbəqədər təhsil müəssisələrində hepatit A virusunun yayılması barədə xəbərlər valideynlərin narahatlığının bir az da artmasına səbəb olub.

 

İnsanların cavabını tapmağa çalışdıqları sualları oxu.az-a qastroenteroloq-hepatoloq Aqil Ağakişiyev cavablayıb.

 

Həkim hepatit A virusunun simptomları, hansı yaş qrupu üçün təhlükəli hesab olunması, ölümcüllük dərəcəsi ilə bağlı ətraflı məlumat verdi. Müsahibəni təqdim edirik:

 

- Aqil həkim, hepatit A-nın əsas simptomları nədir?

 

- Hepatit A-nın əsas simptomları, əsasən, bunlardır - dəri və görülən selikli qişalarda saralma, halsızlıq, yorğunluq, ürək bulantısı, bəzən qusma, temperatur və sidik rənginin tündləşməsi, əzələ-oynaq ağrısı, əsasən, ishal və dispeptik əlamətlər.

 

- Hepatit A daha çox hansı yaş qrupu üzrə təhlükəlidir?

 

- Hepatit A, əsasən, 14 yaşına qədər uşaqlarda daha sıx görülür. Əlbəttə, yaşlılarda da rast gəlmək olur, amma çox az. Qeyd edim ki, yaşlılarda daha aqressiv kliniki əlamətlər olur, hətta kəskin qaraciyər çatışmazlığı ilə də nəticələnə bilər.

 

- Yeni doğulan körpələr də yoluxa bilərlərmi?

 

- Çox nadir hallarda. Çünki hepatit A daha çox ağız yolu ilə yoluxur. Alimentar, fekal, oral yolla. Hava-damcı yolu ilə keçən virusdur. Hepatit A virusu, digər ümumi viruslar kimi, zülalmənşəli infeksion xəstəlik törədir. Əsasən, qaraciyərdə məskən salan və onu zədələyən virus olduğu üçün hepatit virusu deyilir. Hepatit A virusu xəstəliyi el arasında sarılıq adı ilə daha çox tanınır.

 

- Virusun xüsusi müalicə kursu var, yoxsa qızılca kimi evdə müalicə olunur?

 

- Müalicəsi var, əlbəttə. Əsasən, üç həftə karantin və yataq rejimi ilə müalicə göstərişi var. Müalicə də - maye və immunoterapiya.

 

- Hepatit A ölümə səbəb ola bilərmi? Bilərsə, hansı halda?

 

- Əsasən, yaşlılarda rast gəlinərsə və fulminan (ildırımvari) gedişli olarsa, kəskin qaraciyər çatışmazlığından ölümlə nəticələnə bilər. Bu isə daha çox, diaqnoz və müalicəsinə gec qalınmış pasiyentlərdə və ya immun sistemi aşağı olan şəxslərdə ola bilər.

 

- Övladı hepatit A-ya yoluxan valideynlər nəyi bilməli, nə etməlidirlər?

 

-  Valideynlər bilməlidirlər ki, evdəkilərdən birinin hepatit A ilə yoluxması halında və ya öncədən qorunma kimi planlamada ən təsirli yol peyvənd edilməsidir. Peyvəndin qoruyuculuğu 94-100% olub, təsirini təxminən 20 il saxlayır. Ümumi iaşə obyektlərində - restoranlarda, yataqxanalarda, körpələr evində, yaşlılar evində, bufetlər olan yerlərdə epidemioloji və gigiyenik qaydalara ciddi əməl olunmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK