Neftçala faciəsinin şahidi danışdı

14:21 25-01-2024 | icon 297 | Cəmiyyət
Neftçala faciəsinin şahidi danışdı

“Müstəqillik istəyirdiniz, bu da sizin azadlığınız”

 

1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları əvvəlcə Cəlilabada, sonra Neftçalaya doğru hərəkət edib. Digər rayonlarda olduğu kimi, Neftçalada da dinc sakinlərə divan tutulub.

 

Baku TV-yə danışan hadisə şahidi Fərman Hüseynov Neftçalada misli görünməyən cinayətin törədildiyini deyib:

 

“Binalar, küçədən keçən insanlar güllə yağışına tutuldu. İşdən evinə gedən Nurəddin Ağahüseynov öz maşınında güllələndi, şəhid oldu. Yaralanmışdım, vəziyyətim çox ağır idi. Məni bir tərəfdə uzatmışdılar. Güllələr yağdırırdılar ki, müstəqillik istəyirdiniz, bu da sizin azadlığınız”. 

 

Qeyd edək ki, 1990-cı il yanvarın 25-də Neftçalada baş verən hərbi təcavüz zamanı iki nəfər qətlə yetirilib, yeddi nəfər yaralanıb, 50-yə yaxın insan isə həbs edilib.

 

Ətraflı videonu təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI