“Avropa Şurası belə hərəkətlərlə yenə də öz simasını itirir”

16:01 25-01-2024 | icon 320 | Siyasət
“Avropa Şurası belə hərəkətlərlə yenə də öz simasını itirir”

Asim Mollazadə: "Azad olmaq istəyən ölkələrə qarşı qısqanc hərəkətlərdir"

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın səsini dondurmaq təşəbbüsü yeni dünya düzənində dəyişməyən reallıqları ortaya qoyur. Qərbin, Avropanın digər dövlətlərə özünün “oyunçağı” kimi yanaşması bir çox güclərin hələ də dünyanı “cəngəllik qanunları” ilə idarə etmək istəyənlərin ehtirasından irəli gəldiyi bir daha ortaya çıxır. Belə bir şəraitdə Azərbaycan kimi dövlətlərin qərəzlə hədəfə alınması hansı nüansları ortaya qoyur?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Asim Mollazadə mühüm məqamlara diqqət çəkib.

 

- Bu gün AŞPA -nın Azərbaycana qarşı qərəzli təşəbbüslə çıxış etməsi nə ilə bağlıdır?


- Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın səsini dondurmaq təşəbbüsü qəbulolunmazdır. Avropanın bir sıra solçu partiyaları tərəfindən bizə qarşı qərəzli oyun başlanılıb. Səbəbləri aydındır və biz bunu Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək öz haqqını qoruyub bərpa etməsindən sonra daha açıq şəkildə görməkdəyik. Avropanın islamofob və türkəfob qrupları hər zaman bir hədəf axtarıb, “böyük qardaşlıq” adı ilə “hücum planları” qurub, onara necə yaşamağı öyrətmək istəyirlər. Bu, Avropanın neokonolializm düşüncəsində olan nümayəndələrinin dəyişməyən təfəkkürünün absurd, aqressiv yanaşmaları, öz müstəqilliyini qazanan, haqqını tanıyan, azad olmaq istəyən ölkələrə qarşı qısqanc hərəkətləridir.

 

- Ölkəmizi hədəfə almaqla nəyə nail olmağa çalışırlar; belə qeydlər var ki, bu, Azərbaycana, həm də Avropanın özünə təsirsiz ötüşməyəcək. Bu Hansı təsirlərindən söz gedir?

 

- Bunun Azərbaycana heç bir ciddi təsiri olmayacaq. Məğlub olmuş siyasətçilər öz daxili maraqları üçün bu cür oyular qurublar. Sadəcə olaraq Avropa Şurası belə hərəkətlərlə yenə də öz simasını itirir, öz dəyərlərini unudub tamamilə fərqli siyasi oyunlara qarışır. AŞPA-nın dəfələrlə öz dəyərlərinə zidd addımlar atması çox təəssüf hissi doğurmaqla yanaşı, həmin təşkilata qarşı inamın, etibarın itirilməsinə gətirib çıxardıb. Düşünürəm ki, nəticədə bu təşkilat tamamilə əhəmiyyətini və bununla paralel bir çox üzvlərini də itirəcək.

Eyni zamanda bu, ilk növbədə Fransanın apardığı oyunlarla bağlıdır. Fransa bütün Avropa təşkiatlarında ölkəmizə qarşı təzyiqlərini davam edir. Hətta buna görə üzv ölkələrinin təmsilçilərini Avropa Birliyində olan maliyyələrinin kəsilməsi ilə şantaj edir. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda belə oyunlar erməni diasporasının maliyyəsi ilə korrupsiyaya qurşanmış siyasətçilər tərəfindən icra edilir. Digər ölkələr də bu prosesdə öz oyunlarını oynayırlar.

Onlar bu addımları ilə bizi köləyə çevrilməyin astanasına sürükləmək istəyirlər. İstəyirər ki, onlar nə desə, nə əmr versələr onlara boyun əyək. Çünki əsrlər boyu öz müstəmləkələrində belə siyasət aparırlar. Əlcəzair xalqı azadlıq mübarizəsinə başlayanda 2 milyon insanı necə qırdıqları faktdır. Bir çox xalqlar bu qanlı imperiyaların siyasətinin qurbanlaırı olub. Bu indi də davam edir.

Təbii ki, bu təşəbbüs, yaxud hansısa qətnamənin qəbul olunması bizə hər hansı ciddi təsir göstərməyəcək, sadəcə olaraq təşkilatın öz simasını itirməsini sürətləndirəcək.

 

- Ermənistan üzərindən qurulan bu oyunlarda bu dövlətin rolu nədir?


- Burda söhbət Ermənistandan getmir. Ermənistan əhalisi müharibələrdən, revanşist iddialardan, hərbi cinayətkarların oyunlarından bezib. Onlar 30 ildir zəngin ölkələrdə yaşayan erməni diasporasının alovlandırdığı müharibənin qurbanlarına çevriliblər. Revanşist qüvvələr erməniləri bir qurbanlıq kimi görürlər. Həmin qüvvələr hansısa faciələr törədib, yenidən genosid törədib, yenidən dünyaya qışqırıq salıb maliyyə toplamağın marağındadırlar. Bu maliyyəni korrupsiyaya qurşanmış Avropa siyasətçiləri də gözləyir.

Yəni burada Ermənistan yox, zəngin ölkələrdə kök salan erməni diasporasının, lobbisinin maliyyəsi dayanır. Erməni maliyyəsi ilə qurulan bu oyunların arxasında, təbii ki, yenidən, hansısa formada Azərbayacanın ərazilərini işğal etmək iddiası var.

Məsələn, artıq böyük xaotik siyasət aparan Fransanın Makron hakimiyyəti demək olar ki, gələcək seçkiləri Radikal Millətçi Partiyasına -Lepenə uduzur. Ona görə də Lependən daha faşist görünmək üçün hərəkətlər edir. Nəticədə daxili siyasətində məğlub olan Makron hökuməti maliyyə dəstəyi, səs qazanmaq üçün erməni diasporasını prosesə cəlb edirlər. Budur Fransanın hazırki oyunbazlıqlarının səbəbi Və təəbii ki, neokonolializm təfəkküründə olmaları. Çünki Fransa xüsusən böyük olmayan ölkələrə özlərinin gələcək kaloniyaları kimi baxırlar. Onlar yeni müstəmləkə olaraq atıq Ermənistanı görürlər. Düşünürlər ki, Rusiya bölgədən çıxarsa Ermənistanı qazanacaqlar. Orta Şərqdə məğlum olduqdan sonra yeni bir müstəmləkə axtarırlar.
Bütün hallarda heç nəyə nail ola bilməyəcəklər. Lakin bütün bunlara baxmayaraq Azərbaycan öz yolunu gedəcək. Azərbaycan bu təzyiqlərin müqabilində daha da güclü olcaq.

 

- Vaxtilə Qarabağ probleminin ədalətli həllinə olan ümidlərə görə Avropa Şurasına üzv olan Azərbaycan əslində Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı bu qurum tərəfindən atılan hansı tədbirləinin şahidi olmuşdu; Avropa Şurası Azərbaycan həqiqətlərini müdafiə etmək üçün nə etdi?

 

- Hər il Avropa Şurasının fəaliyyətində mənfi istiqamətdə dəyişikliklər gedir. O zamanlar Avropa Şurasında işğalla bağlı bir neçə bəyanatlar verilmişdi. Amma onların icrası ilə bağlı bir addım belə atılmadı. Amma ən azı bu illər ərzində biz həmin qurumların Ermənistana açıq dəstəyinin qarşısını ala bildik. İndi Avropa Şurasının tərkibi, üzvləri dəyişib. İndi Avropa Parlamentinə seçim olacaq və nəticədə çox güman ki, iki - radikal sağ və solçu qüvvələr orada təmsil olunacaqlar. Avropa ölkələrində real olaraq bu istiqamətdə çox ciddi “inkişaf” gedir. Bu vəziyyətlə Avropa özünün 30-cu illərinə qayıdır. İndi Makron 40-cı illər siyasətinə qayıdıb. Bu özlüyündə Avropada hansı problemlərin mövcudluğunu göstərir.

 

- AŞPA bu qərarı qəbul edəcəyi təqdirdə Azərbaycan hansı addımı atmalıdır?

 

- Avropa Şurasının bu hərəkətləri qəbuledilməzdir. Düşünürəm ki, Azərbaycan buna çox sərt cavab verməlidir.
Fransaya qarşı sanksiyaların tətbiqi ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər komitəsində bəyanat verilib. Proseslər hadisələrin gedişindən asılı olacaq. Amma biz ağıllı davranıb, Avropanın bu cür oyunlarına qatılmaq istəmirik. Eləcə də bizə qarşı səslənən iddialarda Azərbaycanda insan hüquqlarının pozulması və müdafiəsindən, Avropa missiyasının Laçın sərhəd -buraxılış mıntəqəsinə buraxılmamasından, erməni əsilli sakinlərə qarşı Azərbaycanda zorakılığın tətbiq edilməsi və sıra fərqli bəhanələr uydurulur. Əslində isə onlar heç öz ölkələri daxilində proseslərə nəzarət edə bilmirlər. Fransada yəhudilər qaçırdılır, müsəlmanlara qarşı zorakılıq tətbiq edilir, məscidlər yandırılır, rassizm çox ağır həddə çatıb. Ağla sığmayan bir qərar verilib: Korsikada parlamentdə yerli nümayəndələr öz dilində danışa bilməz. Bu hansı haqqa, hüquqa, insan haqlarının qorunması, müdafiəsinə, Avropanın hansı dəyərinə söykənir, istinad olunur?!. Təbii ki, absurd qərardır və heç bir müzakirəyə açıq deyil. Biz Avropa Parlamentində bu məsələləri qaldırsaq da, bunların üzəri tez ört- basdır edilir, göz yumulur. Digər bir tərəfdən, AŞPA-da Almaniya nümayəndə heyətinin təsdiq olunmaması məsələsi də var. Bunu Almaniya siyasi partiyaları qadırblar. Çünki iddia olunur ki, Berlində seçkilərdə çox böyük saxtakarlıqlar olub. Ona görə də tələb edirlər ki, Almaniyanın nümayəndə heyəti təsdiq olunmasın. Almaniya nümayəndə heyəti isə Azərbaycana hücum edir. Bu hücumda iştirak edən şəxs isə dəfələrlə “Qaspromu” vasitəsi ilə “Şlabe” futbol klubundan pulları alıb öz siyasətinə xərcləməkdə ittiham olunur. Yəni absurd yanaşmalar var. Bir sözlə, bu gün Avropa Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir.

 

- Qarşıda Azərbaycana qarşı törədilən beynəlxalq cinayətlərin faktlarla dünya məhkəmələrinə çıxardılaraq vurulan zərərə, törətdilən soyqırımlara görə ifşa edib, maddi-mənəvi təzminat istənilməsi zərurəti var. Avropa Şurasında Azərbaycanın haqsız günahlandırılması ilə bağlı qurulan siyasət, səsimizin, sözümüzün Beynəlxalq Məhkəmələrdə eşidilməsinə qarşı yönələn oyun ola bilərmi?

 

- Təbii ki, Avropa platformaları Azərbacanla bağlı həqiqətlərin ortaya çıxarılmasında maraqlı görünmür. Bununla yanaşı həmin böyük ölkələr təbiətin qorunmasından danışır, eyni zamanda uzun illər Azərbaycanın çaylarının, sularının zəhərlənməsi məsləsində səslərini çıxarmırlar. Yəni həmin ölkələr Azərbaycanla bağlı bu məsələdə də ikiüzlü, qeyri səmimidirlər. Biz Avropanın bu ölkələri ilə hansı oyunlara qatılıb-qatılmayacağımızı ciddi düşünməliyik.

Bütün hallarda Azərbaycan ona vurulan zərəri, faciələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün əlindən gələni etməlidir. Biz bütün məhkəmələrə mürciət etməliyik. Hətta müsbət cavab almasaq belə, öz haqqlarımızı tələb etmək üçün mübarizəni davam etməliyik.

 

- Azərbaycanla bağlı beynəlxalq rakusda baş verən bu cür haqsızlıqların fonunda Ermənistanla sülh müqaviləsinin imzalanmasında hansı əngəllər yarana bilər?

 

-Təbii ki, bu, sülh müqaviləsinin bağlanmasına qarşı bir maneədir. Amma onu da nəzərdən qaçırmayaq ki, Azərbaycan son müqaviləsini Ermənistanla imzalayıb. Azərbaycan regionda münasibətləri saxta vasitəçi siyasətçilərlə yox, Ermənistanla tənzimləyir. Çünki Ermənistanın dövlət kimi xilası Azərbaycana qarşı iddialarına son qoymaq, sülh sazişi imzalamaq, kommunikasiyaları açmasından keçir. Azərbaycan bölgəni sabitlik, sülhün bərqərar olunduğu məkana çevirmək üçün bütün ölkələrlə tərəfdaşlığa nail olmaq istəyir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

Partiya sədri naziri QINADI

AZAL-dan xüsusi TƏKLİF

“Ey vətən” layihəsi təqdim edildi

Şəhidin ordeni övladına verildi

“Fransa bir diasporanın girovuna çevrilib”

Bu universitetdə məcburi hicab qaydaları SƏRTLƏŞDİRİLİB

Naxçıvan məktəblərində təhlükə

“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

“Bakı Marafonu 2024”ə qeydiyyat BAŞLAYIR

Fransa kəşfiyyatına qarşı əməliyyat - TUTULDULAR

1000-dən çox şəxsin diplomu tanınmayıb

Peşə təhsili alanların NƏZƏRİNƏ

Osqud-Şlyatter xəstəliyindən əziyyət çəkənlərin DİQQƏTİNƏ