“AŞPA-dan ədalət gözləməyin mənası yoxdur”

16:50 25-01-2024 | icon 173 | Siyasət
“AŞPA-dan ədalət gözləməyin mənası yoxdur”

Rəşad Bayramov: "AŞPA həqiqətən də obyektiv yanaşma sərgiləsəydi, ən azından öz Qətnamələrinə hörmət edərdi"

 

“Qəbul edilən qətnamə Azərbaycana qarşı ədalətsiz yanaşmanın təzahürüdür, tamamilə qərəzlidir. Fransanın lobbiçiliyi və Almaniyanın dəstəyi ilə Avropa qurumları ölkəmizin müstəqil xarici siyasət kursu həyata keçirdiyini və kimlərinsə boyunduruğu altına girmək istəmədiyini heç bir halda həzm edə bilmirlər”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov AŞPA-nın Azərbaycana qarşı növbəti qərəzli yanaşması ilə bağlı şərhində bildirib.



Politoloq bildirib ki, AŞPA tərəfindən Azərbaycan əleyhinə qətnamələrin qəbulu artıq ənənəvi hal alıb. Avropa Birliyi və Avropa Parlamenti kimi Avropa Şurası və AŞPA da Azərbaycana qarşı daim qərəzli, qeyri-obyektiv mövqeyi ilə seçilən qurumlardandır.

 

Onun sözlərinə görə, AŞPA nümayəndələri məsələni insan hüquqları ilə izah etməyə çalışsa da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır:

 

"Əgər söhbət həqiqətən də insan hüquqları ilə bağlı olsaydı o zaman AŞPA Azərbaycanla bağlı deyil, Ermənistanla bağlı Qətnamə qəbul etməli idi. Çünki hal-hazırda Ermənistanda müxtəlif ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə bağlı çoxlu sayda şəxs həbsdədir. Erməni müxalifəti və müstəqil QHT-lər özləri də etiraf edir ki, bu günə qədər Ermənistanda indiki qədər siyasi məhbus olmayıb".

 

R.Bayramov hesab edir ki, Azərbaycanı Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməkdə günahlandırmaq absurd iddiadan başqa bir şey deyil və yenə də ikili standartların təzahürüdür:

 

“Çünki 30 il il ərzində ərazilərimizdə törədilən dağıntı, qanunsuz məskunlaşmalar və təbii sərvətlərin talan olunması ilə bağlı beynəlxalq missiyaların səfərini Ermənistan hər zaman əngəlləyib. Bütün təkliflərimizə baxmayaraq bu cür missiyaların Qarabağa səfərinə imkan yaradılmayıb. Yaradıldığı vaxt isə onların hesabatlarına nə Ermənistan, nə də hər hansı beynəlxaq qurum məhəl qoymayıb. Biz isə Azərbaycan olaraq antiterror tədbirlərindən dərhal sonra BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət etdik. BMT missiyası qeyri-qanuni erməni silahlı qüvvələrinin silah-sursatının müsadirə edilməsi prosesini də, Laçında nəzarət-buraxılış məntəqəsinin fəaliyyətini də müşahidə edərək Qarabağ ermənilərinin məcburi deyil, könüllü surətdə Ermənistana getmələrinə şahidlik ediblər və bunun da öz hesabatlarında təsdiqləyiblər. BMT missiyasının hesabatını qulaqardına vuran AŞPA isə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktına göz yumduğu kimi indi də həqiqətlərə göz yumaraq Azərbaycanı hədəf alan Qətnamə qəbul edir.
Sual olunur AŞPA nəyə görə indiyə qədər Ermənistan nümayəndə heyəti ilə bağlı oxşar Qətnamə qəbul etməyib? Axı müxtəlif Avropa Qurumları və o cümlədən də AŞPA-nn özü tərəfindən zamanında Ermənistanın işğalçılıq siyasəti, ekoloji terrorla bağlı müxtəlif Qətnamələr qəbul olunub. Məsələn, AŞPA-nın 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 nömrəli “ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənən Dağlıq Qarabağ münaqişəsi haqqında” qətnaməsində Azərbaycan ərazilərinin işğal faktı təsdiqlənib, bu ərazilərdəki etnik təmizləmələrdən narahatlıq ifadə edilib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət edilməsinə və qoşunların işğal edilmiş ərazilərdən geri çəkilməsinə çağırış edilib. Təşkilat, həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnu təsdiqləyib, üzv dövlətin ərazisinin digər üzv dövlət tərəfindən işğal edilməsinin yolverilməzliyini vurğulayıb. Amma nədənsə bu bizlər bu Qətnamənin icrasından boyun Qaçıran Ermənistanla bağlı hər hansı cəza tədbirinə şahidlik etməmişik. Başqa bir Qətnaməyə, yenə də AŞPA tərəfindən 6 yanvar 2016-cı ildə qəbul edilmiş 2085 saylı qətnamyə baxaq. Bu Qətnamədə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının cari vəziyyətinin yeni humanitar böhran yarada bilməsi ehtimalı qeyd olunmuş və Ermənistan hakimiyyətindən su ehtiyatlarından "siyasi təsir aləti və ya təzyiq vasitəsi kimi istifadəni dayandırması" tələb edilmişdir. Bununla yanaşı, sənəddə sözügedən məsələ ilə bağlı hesabatın hazırlanması zamanı Ermənistan parlamentinin nümayəndə heyətinin və digər səlahiyyətli şəxslərin əməkdaşlıq etməməsi Assambleya tərəfindən qətiyyətlə pislənilmişdir. Həmin Qətnamə 9 bənddən ibarət idi. Qətnamənin III-IV bəndlərində təəssüflə qeyd olunurdu ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı azərbaycanlılar üçün "qəsdən süni ekoloji böhran vəziyyəti" yaratdığından bu cür fəaliyyət "ekoloji təcavüz" hesab olunmaqla, bir üzv dövlətin digərinə qarşı "düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir." Mövcud vəziyyətin təcili xarakterini nəzərə alan AŞPA növbəti müddəalarda iki mühüm tələb irəli sürmüşdü: Ermənistan Silahlı Qüvvələrinin regiondan dərhal çıxarılması və Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərindən yalnız birinin xeyrinə olacaq vasitə kimi istifadəni dayandırması. Amma bizlər bu Qətnamədən sonra da Ermənistana gözün üstündə qaşın var deyəni görmədik”.

 

R.Bayramov bildirib ki, bütün bunların AŞPA-nın öz fəaliyyətində və qərarlarında səmimi olmadığını, prosseslərə ikili standartlarla yanaşdığını göstərir:

 

“Əgər AŞPA həqiqətən də obyektiv yanaşma sərgiləsəydi o zaman ən azından öz Qətnamələrinə hörmət edər və zamanında Ermənistanla bağlı müvafiq qərarlar qəbul edərdi. Odur ki, AŞPA-dan ədalət gözləməyin mənası yoxdur”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

Partiya sədri naziri QINADI

AZAL-dan xüsusi TƏKLİF

“Ey vətən” layihəsi təqdim edildi

Şəhidin ordeni övladına verildi

“Fransa bir diasporanın girovuna çevrilib”

Bu universitetdə məcburi hicab qaydaları SƏRTLƏŞDİRİLİB

Naxçıvan məktəblərində təhlükə

“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

“Bakı Marafonu 2024”ə qeydiyyat BAŞLAYIR

Fransa kəşfiyyatına qarşı əməliyyat - TUTULDULAR

1000-dən çox şəxsin diplomu tanınmayıb

Peşə təhsili alanların NƏZƏRİNƏ

Osqud-Şlyatter xəstəliyindən əziyyət çəkənlərin DİQQƏTİNƏ