Azərbaycana qarşı yönəlmiş məkrli siyasətin növbəti təzahürü

17:24 25-01-2024 | icon 252 | Siyasət
Azərbaycana qarşı yönəlmiş məkrli siyasətin növbəti təzahürü

Qulamhüseyn Əlibəyli: "Avropa Şurası kimlərinsə əlində oyuncağa çevrilib"

 

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın səsvermə hüququnun dayandırılması təşəbbüsü beynəlxalq aləmdə Azərbaycana qarşı yönəlmiş məkrli siyasətin növbəti təzahürüdür”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.

 

O, qeyd edib ki, Azərbaycanın öz ərazilərini işğaldan tam azad etməsi və böyük quruculuq işlərinə başlaması bir çöx dövlətlərin və beynəlxalq güclərin xoşuna gəlməyib. Onlar Azərbaycanı hər vasitə ilə beynəlxalq aləmdə nüfuzdan salmaq, sıxışdırmaq kampaniyasına start veriblər:

 

“Lakin belə təşəbbüslər və qərarlar Azərbaycanın siyasətinə hər hansı bir formada təsir göstərmək gücündə deyil. Belə təşəbbüslər müvafiq beynəlxalq təşkilatların, konkret halda Avropa Şurasının rəsmən elan etdiyi prinsiplərdən və dəyərlərdən imtina etməsi, kimlərinsə əlində oyuncağa çevrilməsi kimi qiymətləndirilə bilər”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI