Hamilələrin diqqətinə

10:59 26-01-2024 | icon 515 | Sağlamlıq
Hamilələrin diqqətinə

Pəhrizinizə görə övladınızın xərçəng olma riski var

 

Anaları hamiləlik zamanı az protein qəbul edən uşaqlarda prostat xərçəngi riski daha yüksəkdir.

 

Bu barədə Braziliyanın San-Paulo Dövlət Universitetinin (UNESP) alimləri xəbərdarlıq ediblər.

 

Onların sözlərinə görə, tədqiqatlar iki istiqamətdə aparılıb.

 

Bioinformatikadan istifadə etməklə aparılan tədqiqatlar zamanı gen ekspressiyasında hormonal disbalans və yüksək prostat xərçəngi riski ilə əlaqəli ola biləcək dəyişikliklər müəyyən edilib.

 

Bundan başqa alimlər siçanlar üzərində təcrübə aparıblar. Məlum olub ki, hamiləlik və laktasiya dövründə məhdud zülallı pəhrizlə nəslin prostat xərçəngi riskinin artması arasında əlaqə var.

 

Hər iki halda araşdırmalar göstərir ki, erkən inkişaf zamanı zəif proteinli pəhriz nəslin sağlamlığına və xəstəliklərin trayektoriyasına təsir göstərir.

 

Tədqiqat San-Paulo Araşdırma Vəqfi (FAPESP) tərəfindən dəstəklənib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI