"Qərb yeni bəhanələr düşünəcək"

11:14 26-01-2024 | icon 518 | Geopolitika
"Qərb yeni bəhanələr düşünəcək"

Vüqar Dadaşov: “Uduzan məhz AŞPA, Avropa İttifaqı olacaq”

 

“Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyi tam bərpa etdikdən sonra, ABŞ başda olmaqla ümumən Qərb dünyası, xüsusən də Avropanın beynəlxalq təşkilatları Azərbaycana qarşı koordinasiyalı şəkildə təzyiq və təhdid kompaniyası həyata keçirir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Vüqar Dadaşov Avropadan Azərbaycana qarşı yönələn ittihamlarla, qərəzlə bağlı şərhində bildirib.

 


Ekspert hesab edir ki, 19-20 sentyabr 2023-cü il tarixdən sonra Qərbin, Avropanın Azərbaycana qarşı təzyiqlərinin daha da güclənməsinin öz siyasi məqsədləri var:

 

“İtirilmiş təsir vasitəsinin bərpası və ya yeni təsir imkanını qazanmaq, Cənubi Qafqazla bağlı siyasəti reallaşdırmaq, Rusiyanı regiondan sıxışdırmaq, ən əsası isə güclü, qüdrətli Azərbaycan və Türkiyənin inkişafının qarşısını almaq əsas məqsəddir. "Ermənistanın təhlükəsizliyi", "insan haqları" , "siyasi məhbus" və sair bu kimi təsir, hədəflərini gizlətməyə çalışan Avropanın Azərbaycana qarşı istifadə etdiyi vasitədir”.

 

V.Dadaşov qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan Azərbaycan nümayəndə heyətinə, yanvarın 24-də keçiriləcək AŞPA - nın iclasında Azərbaycana qarşı hansı addım atılacağı məlum idi. Ona görə də Azərbaycan nümayəndə heyyətinin AŞPA - kı fəaliyətini qeyri-müəyyən müddətə dondurmaq haqqında bəyanatı, AŞPA-nın Azərbaycanın bu qurumdakı nümayəndə heyətini bir il müddətində Assambleyadan kənarlaşdırmaq haqqında qərarını əhəmiyyətsiz hala salıb:

 

“AŞPA-dakı iclasda Azərbaycanın haqq səsini müdafiə edənlər də və hətta baş verənləri "Avropanın parcalanması" kimi, dəyərləndirən ölkələr də oldu. Ancaq, fakt faktlığında qalır, AŞPA siyasi sifarişi yerinə yetirdi. Bütün belə, xüsusən də Qərb təşkilatlarının əsas məqsədi didər sivilizasiyalara aid dövlətləri, xalqları özlərinə tabe etmək, mümkün qədər onların mental dəyərlərini, milli xüsusiyyətlərini, özünəməxsus məişətini dəyişdirməkdir. Qərb və Avropa güclü və qüdrətli Azərbaycan və Türkiyəni türk və islam dünyasının lokamativi kimi, özünə təhlükə hesab edir. Avropa Birliyinin üzvü türk mənşəli Macarıstanın elə Qərbin özü tərəfindən sıxışdırılması qeyd edilənlərə əyani sübutdur. Digər tərəfdən, Ermənistanın 30 illik müddətə Azərbaycan torpaqlarının işğal faktı keçmiş olsa da, buna sübutdur. Qərb bütün gücü ilə Azərbaycanı işğal faktı ilə barışmağa və faktı rəsmiləşdirməyə çalışırdı. Qərbin, Avropanın yeritdiyi demokratiya, azad söz, insan haqlları kimi məfumlar, ancaq öz siyasətini yeritmək üçün bir sulahdır. Heç şübhəsiz ki, gələcəkdə Qərb yeni bəhanələr (pandemiya, səhiyə, iqlim, nüvə enerjisi və sair) düşünəcək. Gələcək nəsillərimiz bunu yaxşı bilməli və hazırlıqlı olmalıdır”.

 

V.Dadaşov hesab dir ki, AŞPA-nın Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin kənarlaşdırılması haqqındakı qərarının Azərbaycan üçün heç bir nəticısi və ya təsiri yoxdur:


“AŞPA - da bəzi çıxış edən nümayəndələrinin qeyd etdiyi kimi, uduzan məhz AŞPA, Avropa İttifaqı olacaq”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

Partiya sədri naziri QINADI

AZAL-dan xüsusi TƏKLİF

“Ey vətən” layihəsi təqdim edildi

Şəhidin ordeni övladına verildi

“Fransa bir diasporanın girovuna çevrilib”

Bu universitetdə məcburi hicab qaydaları SƏRTLƏŞDİRİLİB

Naxçıvan məktəblərində təhlükə

“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

“Bakı Marafonu 2024”ə qeydiyyat BAŞLAYIR

Fransa kəşfiyyatına qarşı əməliyyat - TUTULDULAR

1000-dən çox şəxsin diplomu tanınmayıb

Peşə təhsili alanların NƏZƏRİNƏ

Osqud-Şlyatter xəstəliyindən əziyyət çəkənlərin DİQQƏTİNƏ