AŞPA-nın “demokrat” MASKASI DAĞILDI

13:00 31-01-2024 | icon 305 | Siyasət
AŞPA-nın “demokrat” MASKASI DAĞILDI

Qabil Hüseynli: “AŞPA ən əhəmiyyətli üzvünü itirdi və dünya miqyasında rüsvay oldu”

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli mövqeyi ortadadır. Azərbaycan torpaqlarının işğalını və uzun illər pozulan insan hüquqlarını görməzdən gələn AŞPA-nın təzədən guya “insan haqları”, “seçkilərə AŞPA-nın dəvət olunmaması”, “yerinə yetirmədiyi məsələləri bəhanə gətirərək ölkəmizi hədəfə alması birmənalı qarşılana bilməz.

 

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli AŞPA-nın simasızlığının arxasında dayanan maraqlar və eybəcərlikdən danışdı.

  

Politoloqun sözlərinə görə, AŞPA-nın bütün iddiaları “barmaqdan sorulmuş” yalandan başqa bir şey deyil. Onun fikrincə, AŞPA özünü tamamilə qərəzli aparır və tərkibinə daxil olan ölkələrdə təkcə seçkilər, insan haqları ilə bağlı deyil, bütün məsələlərə müdaxilə edib qənaətlər çıxara bilər:

 

“Buna baxmayaraq dövlətlər müstəqildir və onlar öz müstəqilliklərini qorumaq üçün hər cür səylər göstərirlər. AŞPA-nın müsəlman, türkdilli dövlətlərə basqısı, orada qarşıdurmalar yaratmağa çalışması, dövlətlərə müxtəlif böhtanlar yağdırması ənənəvi metodlara çevrilib. AŞPA necə işlədiyi hər kəsə məlumdur. AŞPA deputatları bu və digər məsələlərin müzakirəsi zamanı kimlərdənsə hədiyyə, nəqd paralar almaqla gündəm yaradıblar. AŞPA-nın bir çox ölklərlə bağlı rüşvət alması faktlarının üstü açılıb, böyük qalmaqallara səbəb olub. Sirr deyil ki, AŞPA dövlətləri Azərbaycandan da maddi maraqlar güdüblər. Azərbaycan kürüsünün dadı AŞPA deputatlarının damağında qalıb. AŞPA deputatlarının rüşvət almaları barədə Azərbaycanda kifayət qəfət faktlar var və istənilən zaman ictimailəşdirilə bilər. Azərbaycanın əllərindən öpən deputatlar Azərbaycanın xristian Ermənistanı darmadağın etməsindən, özünün ərazi bütövlüyünü təmin etməsindən sonra xristian həmrəyliyi təssübkeşliyi meydan sulamağa başladı. İndiki vəziyyətə baxanda 10-cu əsrin əvvəllərində bir-birnin ardınca müsəlmanlara qarşı yönlən xaç müharibələri yada düşür. AŞPA deputatları səlib yürüşünə bənzər ideologiya ilə silahlanaraq Azərbaycanın üzərinə gəldi, Azərbaycanı təşkilatda təkləməyə çalışdılar və buna nail oldular”.

 

Q.Hüseynli qeyd edib ki, AŞPA xristian təssübkeşliyi ilə hərəkət edən, təşkilatı xristian klubuna çevriməyə çalışan şəxslərin sözləri ilə hərəkət edib. O, AŞPA deputatlarının guya Qarabağ ermənilərinin etnik zorakılığa, təmizləməyə məruz qalması ilə bağlı fikirlərini absurd, həyasızlığın son nöqtəsi adlandırıb:

 

“Onlar Azərbaycanın 30 il müddətində işğala məruz qalmasını bir andaca unutdular və hər bir haqsızlığın yalnız Azərbaycan tərəfindən Ermənistana qarşı yönəldiyini iddia etməyə çalışdılar. Hansı ki, onların bir çoxu işğaldan azad olunan ərazilərə səfərlər etmiş Ağdamı Azərbaycanın Naqasaki-si, Füzulini isə Xerasiması adlandırmışdılar. Bölgədəki yağmalamadan, təbiətə qarşı olan soyqırımdan dəhşətə gəlmişdilər. 30 illik erməni təcavüzünün Azərbaycanın 20 faiz torpağında necə dağıntılara məruz qoyduğunu öz gözləri ilə görmüşdülər. Yaxşı ki, bu ərazilərdə çoxminli minalara raslanmamışdılar. Azərbaycan bu səfərləri təşkil edərkən onları ciddi şəkildə qoruyurdu. Bu gün də Azərbaycan həmin minalardan əziyyət çəkir, bu gün də Azərbaycan Ermənistanda istehsal olunmuş minaları öz torpaqlarından axıra qədər təmizləyə bilməyib. Yəqin ki, bu uzun illər davam edəcək. Azərbaycan bu müharibədə 30 mindən çox adam itirib. 1 milyondan şox insan etnik zorakılığa, təmizlənməyə məruz qalıb. İndi bunlar ermənilərin öz xoşlarına ərazilərdən çıxmasını özləri üçün müzakirə predmetinə, dərdə çeviriblər. AŞPA-da edilən bu hərəkətlər onun adına qara ləkə kimi tarixə yazılacaqdır. Bu təşkilatın insani dəyərlərdən, demokratik dəyərlərdən necə uzaq olduğundan dönə-dönə danışacaqlar. AŞPA ciddi səhv etdi, özünün ən əhəmiyyətli üzvünü itirdi və dünya miqyasında rüsvay oldu”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI