"Azərbaycan haqlı olaraq AŞPA-ya icazə vermədi"

13:30 31-01-2024 | icon 218 | Siyasət
"Azərbaycan haqlı olaraq AŞPA-ya icazə vermədi"

Rəşad Bayramov: “Azərbaycanın AŞPA-nı seçkilərə dəvət etməklə bağlı öhtəliyi yoxdur”

 

"Müvafiq tələblər şəklində ölkəmizdə Prezident seçkilərində iştiraklarını tələb etmələrinin arxasında məkirli niyyətlər dayandığı üçün Azərbaycan haqlı olaraq buna imkan vermədi”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

 

Politoloq qeyd edib ki, AŞPA-nın və digər Avropa qurumlarının Azərbaycana qarşı qərəzli ittihamları, ayrı-ayrı vaxtlarda qəbul etdiyi qətnamə və bəyanatların arxasında bu qurumu öz monapoliyası altına almış Fransanın, Almaniyanın təşəbbüsləri dayanır. Onun fikrincə, bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinin uzadılması, Ermənistanı şirnikləşdirmək, silahlandırmaq, revanşist addımlar atmaq üçün vaxt qazanmağa hesablanıb.

 

Politoloq eyni zamanda qeyd edib ki, AŞPA Laçın yolu və Qarabağda monitorinq keçirmək üçün bir neçə dəfə cəhdlər etdi və qarşısı haqlı olaraq alındı:

 

“Çünki bu qrup Ermənistandan gəlib Qarabağda olan ermənilərin hüquq və təhlükəsziliyi məsələsni əsas götürərək bu və ya digər qərarlar qəbul eləmək istəyirdi. İkincisi, Azərbaycan istər Laçın yolunda, istər Qarabağda antiteror əməliyyatılarından sonra ermənilərin ərazilərimizi tərk etməsi, silah-sursatın təhvil verilməsi, qeyri-qanuni hərbi birləşmələrin özünü buraxması və sair prosesin monitorinqi üçün BMT-yə müraciət etmişdi və faktaraşdırıcı missiya bütün bu proseslərə nəzarət etmişdi. Yəni, BMT daha üst ali orqan olaraq onsuz da bu məsələnin monitorinqini keçirib müvafiq hesabatlar hazırlamışdı. Bura əlavə olaraq AŞPA kimi digər qurumların da gəlib monitorinq aparması mənasız idi. Yəni BMT-nin müvafiq hesabatı var idi və onu əsas götürərək, Avropa Şurası müvafiq qərarlar qəbul edə bilərdi. Müvafiq tələblər şəklində ölkəmizdə Prezident seçkilərində iştiraklarını tələb etmələrinin arxasında məkirli niyyətlər dayandığı üçün Azərbaycan haqlı olaraq buna imkan vermədi”.

 

Politoloq qeyd edib ki, Azərbaycan 30 il ərzində dəfələrlə beynəlxalq qurumlara, o cümlədən AŞPA-ya işğal olunmuş ərazilərimizdə ekoloji fəlakət, dini, mədəni abidələrimizin dağıdılmasına görə monitorinqin aparılmasını ilə bağlı dəvətlər göndərilmişdi:

 

“Amma bu dəvətlərin heç biri AŞPA tərəfindən dəyəndirilməyib və bu monitorinqlər 30 il ərzində keçirilməyib. İndi söhbət Ermənistanın, hansısa erməninin maraqlarına gəlib çatanda orda monitorinq aparmaq fikrinə düşürlər. Azərbaycan da haqlı olaraq buna icazə vermədi”.

 

R.Bayramov hesab edir ki, hər bir ölkənin öz ərazisində keçirilən seçkilərə hər hansı beynəlxalq qrupu müşahidə aparmağa dəvət etməsi həmin ölkənin müstəsna səlahiyyətidir:

 

“Əgər AŞPA-nı dəvət etməmişiksə, bu o demək deyil ki, Azərbaycan müşahidəçilikdən imtina edib. Azərbaycan ATƏT Demokratik Təsisatlar və insan hüquqları bürosuna müşahidə aparmaları üçün müraciət edib və həmin missiyanın qısa və uzunmüddətli müşahidəçiləri seçkiləri müşahidə etmək üçün burda fəaliyyət göstərirlər. Ümumilikdə 45 ölkədən 800-dən artıq müşahidəçi artıq MSK-da qeydə alınıb. Odur ki, Azərbaycanın mütləq şəkildə AŞPA-nı seçkilərə dəvət etməklə bağlı hər hansı öhtəliyi yoxdur”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

Partiya sədri naziri QINADI

AZAL-dan xüsusi TƏKLİF

“Ey vətən” layihəsi təqdim edildi

Şəhidin ordeni övladına verildi

“Fransa bir diasporanın girovuna çevrilib”

Bu universitetdə məcburi hicab qaydaları SƏRTLƏŞDİRİLİB

Naxçıvan məktəblərində təhlükə

“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

“Bakı Marafonu 2024”ə qeydiyyat BAŞLAYIR

Fransa kəşfiyyatına qarşı əməliyyat - TUTULDULAR

1000-dən çox şəxsin diplomu tanınmayıb

Peşə təhsili alanların NƏZƏRİNƏ

Osqud-Şlyatter xəstəliyindən əziyyət çəkənlərin DİQQƏTİNƏ