AŞPA bu qərar və qətnamələrlə ana prinsipinə xəyanət etdi

14:00 31-01-2024 | icon 229 | Siyasət
AŞPA bu qərar və qətnamələrlə ana prinsipinə xəyanət etdi

Aydın Quliyev: "AŞPA 60 ildir dünyaya təlqin etdiyi dəyərlərdən uzaq düşüb"

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib. Onun sözlərinə görə, AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamə və apardığı siyasət Avropanın ölkəmizə qarşı sərgilədiyi qərəzin tərkib hissəsidir.

 

O, hesab edir ki, AŞPA-nın apardığı siyasət, Avropa Parlamentinin, ATƏT-in Minsk Qrupunun və digər demokratik təsisatların Azərbaycana qarşı münasibətindən heç nə ilə fərqlənmir:

 

“Sanki bütün Avropa strukturlarının Azərbaycana qarşı siyasəti eyni mənbədən və eyni motivlə idarə olunur. AŞPA-nın apardığı siyasətdə müxtəlif dövlətlərin siyasətinə təzyiq elementi aşkar görünür. Bu, əslində Fransa, Almaniya, ABŞ-ın Azərbaycana münasibətdə ortaya qoyduqları siyasətdir. Digər tərəfdən də Avropa Şurası və onun Parlament Assambleyası kimi qurumun amorf təşkilata çevrildiyinin əyani sübutudur. AŞPA-nın belə qərar və qətnamələr qəbul etməsi onun ana prinsiplərinə xəyanəti deməkdir. Əslində AŞPA 60 ildən çox müddət ərzində dünyaya təlqin eləmək istədiyi dəyərlərdən uzaq düşdüyünü və bu dəyərlərə xəyanət etdiyini aydın nümayiş etdirir”.

 

A.Quliyev qeyd edib ki, özünü insan hüquqlarının müdafiəçisi kimi göstərən AŞPA, Azərbaycana münasibətdə iyrənc, məkirli niyyətini ortaya qoydu. Çünki məsələ belə olsaydı, o zaman AŞPA 30 il müddətində öz yurdlarından qovulmuş, hüquqları pozulmuş 1 milyondan çox azərbaycanlının müdafiəsi üçün nə isə edərdi:

 

“Nəinki çalışmadı, üstəlik mübahisə mövzusu olanda “Avropa institutları münaqişələrlə məşğul olmurlar, ancaq insan haqları ilə məşğul olurlar” deyə, gülünc arqument ortaya qoydu. 2023-cü ildə AŞPA Azərbaycana qarşı bir neçə qərar və qətnamələr qəbul eləmişdi. Bu qərar və qətnamələr məhz erməni lobbisinin, erməni dövlətinin AŞPA-nın daxilində apardıqları qeyri-şəffaf fəaliyyətin nəticəsi idi. Məsələn, beynəlxlq ədalət məhkəməsi Laçın yolunda Azərbaycanın suveren hüquqlarını təsdiq etdiyi halda AŞPA Laçın yolunda Azərbaycan təhlükəsiz və stabil daşınmalara şərait yaratmadığına fiksə edib, qərar qəbu eləmişdi. AŞPA elə bir qərar qəbul eləmişdi ki, guya Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Qarabağdakı ermənilər etnik təmizlənməyə məruz qalıblar. Halbuki, AŞPA-dan çox böyük olan BMT missiyası keçmiş Dağlıq Qarabağ ərazisində monitorinq apararaq ermənilərin orada etnik təmizləməyə məruz qaldığını göstərən bir dənə də faktın olması qənaətinə gəlməmişdilər. Bütün bunlar AŞPA-nın nə qədər özünün ana prinsipinə xəyanətkar davrandığını açıq göstərdi.  Amma AŞPA-nın belə qətnamələrindən narahat olmağa dəməz”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK