Şəbnəmdən aparıcılara XƏBƏRDARLIQ

09:36 01-02-2024 | icon 363 | Şou-biznes
Şəbnəmdən aparıcılara XƏBƏRDARLIQ

“Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdən, mehribanlığımdan çox istifadə olunub. Ailə üzvlərimin adı ilə bağlı zarafat etməsinlər. Hər kəs özü ilə məşğul olsa, daha yaxşı olar”.

 

Versus.Az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Xəzər axşamı” verilişində deyib. O, ailə üzvləri haqda danışan sənət yoldaşlarına və aparıcılara xəbərdarlıq edib:

 

“Sənət dostlarımdan, aparıcılardan da bunun kimi şeylər eşitsəm, efiri tərk edəcəyəm. Verilişi tərk etmək ola bilər ki, onlar üçün fərq edər və ya etməz. Niyə də olmasın, sevilən bir ifaçıyam. Həmin aparıcı ilə çox böyük mübahisəmiz ola bilər, çox dərinə də gedə bilərəm. Buna görə istəmirəm ki, getdiyim efirdə mənim ailəm, övladlarım haqda danışılsın. Mən əziyyətlə bu yerə çıxmışam, bəhrəsini də görürəm. Məni sevən xalqım var, buna görə də mənə toxunmayın.

Fərdanın verilişdə xətrinə dəymək istəmədim, illərin dostudur. O insanları güldürə bilən bir insandır. İstəmədim nəsə deyim, amma xoşuma gəlmədi. Bundan sonra bir efirdə heç kimdən o sözü eşitməyim. Eşitsəm çox böyük mübahisəmiz düşəcək. İnanın ki, dərinə də gedən insanam. Əvvəlki üzüyumuşaq Şəbnəm deyiləm, artıq hər kəsi yaxşı tanıyıram. Qanun və qaydamız var. Reytinqə görə niyə məni incidirsən? Olmaz, xoşum gəlmir”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK