"Laçınsız günlər" xatirə-gündəlikdən - Yaddan çıxmaz Malik Fərrux

13:39 01-02-2024 | icon 1489 | Tarix
"Laçınsız günlər" xatirə-gündəlikdən - Yaddan çıxmaz Malik Fərrux

 

 

QƏZƏNFƏR HÜSEYNOV

 

Novruz adlanan bayramı mən əslində Bahar bayramı kimi qeyd etməyin tərəfdarıyam. Laçında biz lap gənclik illərimizdə də bu bayramı xüsusi təntənə ilə qeyd edərdik. Bizim məktəbli illərimizdə avtobaza məhəlləsində evlər tikilməmişdən oralar kol-kos bir yer idi. Çərşənbə bayramı ərəfəsində gedib oradan yaxşı alışıb-yanan gəvən kolları qırıb gətirib, axşamlar qaranlıq düşən kimi tonqal qalayardıq. Böyüklü-kiçikli hamı "ağırlığım, uğurluğum getsin" deyərək, tonqalın üstündən tullanardı. Əslində bizdə əsas bayram axırıncı çərşəmbə sayılardı.

 

Çərşəmbə bayramı yadıma tələbəlik illərində olmuş bir hadisə yadıma saldı, Sizinlə bölüşməyə qərar verdim.

 

Həmyerlimiz istedadlı şair, telejurnalist və gözəl insan olan Malik Fərruxla bizim yaxın qohumluğumuz, həm də çox səmimi dostluğumuz var idi. Tələbəlik illərimiz 1965-70 ci illərə düşmüşdü. Malik indiki Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə, mən isə ondan bir il əvvəl indiki Bakı İqtisad Universitetinin (o zaman Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakultəsi) uçot-iqtisad fakultəsinə qəbul olmuşdum. Qayğısız gənclik illərimizdə sevincli, bəzən də kədərli günlərimiz bir yerdə keçmişdi. Malik o vaxtlarda yazdığı şeirlərini ilk dəfə mənə oxuyardı. Onun “Bayram aşı” şeirinin yazılması səbəbi indiki kimi yadımdadır. Mən Bakı Dövlət Universitetinin 2 saylı, Malik isə 3 saylı yataqxanalarında qalırdıq. Bütün bayramlarda tələbələr Bakıda olan qohum-əqrabaları gilə gedib bayram edərdilər. Mənim və Malikin o zamanlar Bakıda elə yaxın qohumumuz olmadığından bayramları çox vaxt yataqxanadaca “keçirirdik”...

 

Bir neçə gündən sonra Malik mənim otağıma gəldi və yazdığı şeiri mənə oxudu. Şeirin adını “Bayram aşı” qoymuşdu.


Allah Malikə rəhmət etsin!

 

 

Bu gecə nəğməyə büründü şəhər,
Bu gecə nəğmələr alov geyindi.
Könlümdə uyuyan xoş xatirələr
Nə yaman oyandı, nə yaman dindi.

Ah novruz bayramı...
Uşaqlıq çağı..,
Yanar tonqal kimi biz də yanardıq.
Yadımdan çıxarmı, bayramqabağı
Yumurta döyüşüb, ad qazanardıq.

Ellər qarşılardı necə novruzu –
O günün nə böyük qüdrəti vardı.
Dünən bizi qovan bağ qoruqçusu
Bu gün bizi öpər qucaqlayardı.

Qızların çiləyə nəğmə deməsi
Yadımdan çıxmayıb, dodağımdadır.
O vaxtlar atılan güllənin səsi
Hələ də, hələ də qulağımdadır.

Quştək ötüşərdik min hava üstə,
Nə bir dincələrdik, nə bir yatardıq.
Gecə yarıyadək dəstəbədəstə
Qapıdan, bacadan torba atardıq.

Qızlar əllərində gül oynayardı,
Duymazdıq kədəri, duymazdıq dərdi.
Nənələr sac üstə yuxa yayardı,
Ağ yuxa aş ilə ləzzət verərdi...

Qəlbi günəş anam, o kövrək anam
Əyninə sevincdən paltar geyərdi.
Malik aş yeyəndir – deyərək anam,
Mənim aş payımı çox eyləyərdi.

...Gəldi xatirələr hey yana-yana,
Əlimdə qələmim fikrə dalmışam.
Görəsən, xəbərin varmı, ay ana,
Bu bayram gecəsi aşsız qalmışam.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI