Bərdədə ƏMƏLİYYAT

10:28 03-02-2024 | icon 369 | Hadisə
Bərdədə ƏMƏLİYYAT

Silah-sursat və narkotik vasitələr aşkarlanaraq götürülüb

 

Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AK-74” markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

 

Bundan əlavə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov saxlanılıblar. K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan artıq marixuana, Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK