Blinken yenə gəlir

10:51 03-02-2024 | icon 414 | Dünya
Blinken yenə gəlir

ABŞ dövlət katibi Entoni Blinken 4-8 fevral 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.

 

Versus.az xəbər verir ki. bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu miller bildirib.
 

 

“Dövlət katibi qalan bütün girovların azad edilməsini təmin edən və Qəzzadakı mülki şəxslərə humanitar yardımın davamlı və genişləndirilmiş şəkildə çatdırılmasına imkan verəcək humanitar fasilədən ibarət razılığın əldə edilməsi üçün diplomatik səyləri davam etdirəcək”, - Miller açıqlamasında bildirib.

 

Həmçinin Blinkenin “ABŞ-ın öz şəxsi heyətini və Qırmızı dənizdə naviqasiya azadlığı hüququnu qorumaq üçün lazımi addımları atacağını təsdiqləyərək, münaqişənin yayılmasının qarşısını almaq üçün” fəaliyyətini davam etdirəcəyi vurğulanır.

 

“Dövlət katibi həm israillilər, həm də fələstinlilər üçün davamlı təhlükəsizliyi təmin edən daha inteqrasiya olunmuş, dinc regionun yaradılması yollarına dair tərəfdaşlarla müzakirələri davam etdirəcək”, – Metyu Miller bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI