İnsanın mahiyyəti və sosial təkamül

14:56 06-02-2024 | icon 456 | Cəmiyyət
İnsanın mahiyyəti və sosial təkamül

Yalnız arxaik düşüncə sahibləri bu həqiqəti görmək qabliyyətində deyil

 

 

 

AZƏR CƏFƏROV
/Azərbaycan Bəhai dini icmasının ictimai əlaqələr ofisinin koordinatoru/

 

 

Din və elmin cavabını tap­maq istədiyi əbədi suallardan biri “İnsanın təbiətdə yeri hardadır?” sualıdır. İnsanın daha yaxşı görünən cəhəti onun fiziki varlığıdır. İnsan da heyvan kimi təbiət qanunlarına tabedir: onun da hava, su və qidaya ehtiyacı var, o da yalnız müəyyən xarici şərait daxilində yaşaya bilir.

 

Bu gün çoxları insan və heyvan arasında bu ümumi cəhətlərə davranışımızı müəyyən edən amil kimi baxırlar.  Lakin heyvan aləmindən fərqli olaraq biz təbiət qa­nun­larını dərk edərək onları  özümüzə tabe etmişik ki, bu da bizi digər canlılar kimi yaşamaq uğrunda mübarizə aparmaq zəruriyyətin­dən azad etmişdir. Əbdül-Bəha yazır:

 

Ali Qüvvənin köməkliyi ilə insan təbiət dünyasının hakimiyyətindən qurtulur; nə qədər ki, insan təbiətin əsi­ridir, o, vəhşi heyvandan başqa bir şey deyil, o yaş­amaq uğrunda mübarizə aparır, o təbiətin bu sarsılmaz qanununa tabedir.

 

Bəhai təliminə görə insanın heyvan aləminə məxsus təcavüzkarlığı onun tə­biə­tindən deyil, sosial mühitin və tərbiyənin təsirindəndir və onu dəyişmək mümkündür. İnsan mahiyyətcə nəcib varlıqdır. O, Allahın oxşarında və bənzərində yaradılmış yeganə canlıdır. Bəhaullah deyir ki, “Hər bir varlıq Allahın bir əlamətinin daşıyıcıdır. İnsan yeganə varlıqdır ki, Allahın bütün adları və sifətləri onda cəmlənmişdir”.

 

İnsanın  fiziki tə­biəti­ haqqında yalnış təsəvvürlərin aradan qaldırıl­ma­sı və onun nəcib varlıq kimi yaradılmasının etiraf edilməsi dünya­da Əbədi Sülhün qurulmasının əsas şərtlərindən bi­ri­­ ola bilər. Bəhai yazılarında deyilir:

 

Həyatımızın bütün sahələrində  sosial, iqtisadi və di­ni  dözümsüzlük o dərəcədə kök salıb ki, bir çoxları elə düşünür ki, bu qüsurlar sanki insana əzəl­dən məxsusdur və bu səbəbdən o düzəlməzdir. Bu cür ba­xışlar geniş yayıldıqca, insanları ayıran uçurum da bir o qədər çox dərinləşir. Bir tərəfdən dünyanın bütün xalq­la­rı sülh və əmin-amanlığın hər yerdə bərqərar olmasını is­tə­yir, öz həyatlarından ötrü üzücü qorxu hissindən qur­tul­­ma­ğı  arzulayır, digər tərəfdən isə biz insanın isla­h­olun­maz eqoist və zalım olmasına və bununla da tərəq­qi­pə­rvər və sül­hsevər, dinamik və harmonik cəmiyyət yaratmaq qa­biliy­yə­tin­də olmaması iddiasına inanırıq.

 

İnsanı təbiət dünyasından ayıran ikinci əhəmiyyətli cəhət onun təbiətinə intellekt və ya rasional təfəkkür qa­­biliyyətinin xas olmasıdır. Keçmiş nəsillərin təcrübəsinin təh­­sil vasitəsilə toplamaq, gələcəyi proq­noz­laş­dır­­maq və mücərrəd anlayışlarla təhlil etmək qabiliyyəti  təkamülümüzün tamamilə yeni me­xa­niz­­mini təmin edir, insan cəmiyyətini elm, texnologiya və sosial tərəqqinin yeni zirvələrinə qaldırır. Bəşəriyyətin əsas sosial və intellektual məq­sədi – sivilizasiyanı inkişaf etdirməkdir. Bəhaullah yazır:

Bütün insanlar hər zaman inkişaf edən sivilizasiyanı irəlilətmək üçün yaradılmışdır.

 

İnsana təbiət üzərində yüksəlməyə imkan ve­rən ruhani sistem də mövcuddur. Fiziki tələbatların ödənilməsi və intellektual həyat insanı heç vaxt tam xoşbəxt et­mə­mişdir. Çünki insanın daxilinə  mütləqə yaxınlaşmaq, Alllahı dərk et­mək kimi dərin ehtiyac hissi qoyulmuşdur.

 

Bəşəriyyətin sosial təkamülünün ilk mərhələlərində ru­­hani tələblər fiziki sağqalma prob­le­mi­nə tabe idi. Cəmiyyət inkişaf et­dik­cə daha də­rin ruhani əsasa ehtiyac yarandı. Bu əsas olmadan sa­bit sosial münasibətlər mümkün deyildi. “Xeyir və şər”, “mü­ka­fat və cəza”, “qanunun aliliyi”, “başqaları ilə sə­ninlə necə davranmağı arzuladığın kimi davran” prinsipləri cə­miyyətin sosial strukturunun əsasını təşkil etdi. Son­ralar insana məhəbbət, mərhəmət, şəxsi istəklərin Al­lah iradəsinə və ya cəmiyyətin maraqlarına tabe edilməsi ki­mi dəyərlər cəmiyyətdə bərqərar oldu. Bu anlayışların bütün dövrlər və mə­də­niy­­yət­lər üçün universallığı sübut edir ki, in­sa­nın fitrətinə əzəldən ruhani başlanğıc qo­yul­muşdur.

 

Bu gün Allahın yetkinlik yaşına qədəm qoymuş Bəşəriyyətdən gözləntiləri daha böyükdür. Qloballaşma insan cə­miy­yətini parçalayan fiziki baryerləri məhv etməkdədir. Müasir vasitələr müxtəlif millət, din və irqdən olan insanlara planet miqyasında qarışmaq və Qlobal Sosiumda birləşmək imkanı yarat­mışdır. Əv­vəllər təcrid olunmuş  insan birlikləri, mədəni so­sium­lar çox kəskin seçim qarşısında qo­yul­muş­lar: ya bütövləşən dünyaya uyğunlaşmalı, ya da yox ol­ma­lıdırlar.  Aşkar görünür ki, dünyanın mövcud siyasi-iqtisadi strukturları qlobal problemləri həll etmək iqtidarında deyil. “Suveren” dövlətlərə bölünmənin törətdiyi anarxiyanın hökm sürdüyü dünyada idarə etmənin mümkünsüzlüyü daha yaxşı görünür. Müasir ictimai təsisatlar köhnəlmişdir və öz milli maraqlarının qayğısına qalan dövlətlər bu gün qlobal problemləri həll et­mək­dən ötrü suverenliyinin hansısa bir hissəsindən imtina et­mə­k məcburiyyəti ilə üzbəüz qalmışlar. Yalnız arxaik düşüncə sahibləri bu həqiqəti görmək qabliyyətində deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK