Gürcüstan Azərbaycanla “İpək Yolu” gömrük məntəqəsinin inşasını hökumət planına daxil edib

16:38 06-02-2024 | icon 327 | Siyasət
Gürcüstan Azərbaycanla “İpək Yolu” gömrük məntəqəsinin inşasını hökumət planına daxil edib

Gürcüstan və Azərbaycan arasında “İpək Yolu” gömrük-keçid məntəqəsinin inşası Gürcüstan hökumətinin yeni fəaliyyət planında əksini tapıb.

 

Baş nazirliyə namizəd İrakli Kobaxidzenin ölkə parlamentinə təqdim etdiyi hökumət planında Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsinin inşası üzrə aktiv işlərin davam etdiriləcəyi qeyd olunub.

 

Bildirilib ki, sözügedən gömrük məntəqəsi ölkələrin nəqliyyat və logistika imkanlarının inkişafına töhfə verəcək, eyni zamanda regionda nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək.

 

Hökumətin planına əsasən, Şərq-Qərb istiqamətində magistral yolların inşası da davam etdiriləcək və işlərin tamamlanmasından sonra Tbilisidən Batumiyə getmək üçün sərf edilən vaxt 3,5 saata endiriləcək. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI