"Bu sevinc və qürur hissi ilə səs verdim"

14:26 07-02-2024 | icon 441 | Siyasət
"Bu sevinc və qürur hissi ilə səs verdim"

Könül İsmayılova: "Dövlətimiz və xalqımız üçün xeyirli olsun!"

 

Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şura və İdarə Heyətinin üzvü, Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Könül İsmayılova prezident seçkilərində iştirak edib.

 
 
Versus.Az xəbər verir ki, xanım siyasətçi 22 saylı Nəsimi 2-ci seçki dairəsinin 33 saylı məntəqəsində səs verib.
 
 
 
K.İsmayılova seçkilərlə bağlı fikirlərini bölüşüb:
 
 
"Suveren, bütöv Azərbaycanda Prezidenti seçkiləri keçirilir. Bu seçkilər öncəki seçkilərdən onunla fərqləndi ki, bu gün Xankəndi və Xocalıdan başlayaraq, işğaldan azad edilmiş digər bütün ərazilərimizdə də seçkimizi keçiririk. Elə bu sevinc və qürur hissi ilə də bu gün Ali Baş komandanımız İlham Əliyev cənablarına səs verdim. Dövlətimiz və xalqımız üçün xeyirli olsun!"
 
 

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

 

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

 
 
 
 
PƏRİ
versus.az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI