“Azərbaycan xalqı öz prezidentini seçdi”

00:35 08-02-2024 | icon 231 | Siyasət
“Azərbaycan xalqı öz prezidentini seçdi”

Rusiyanın “Arqumentı i faktı” nəşri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini işıqlandırıb.

 

Nəşrin ölkəmizdəki müxbiri Prezident İlham Əliyevin böyük fərqlə qalib gəldiyini, digər namizədlərdən isə yalnız üçünün bir faizdən artıq səs topladığını xüsusilə qeyd edib.

 

“2023-cü ildə Azərbaycan Qarabağa nəzarəti bərpa edib. Məhz buna görə də Azərbaycanda 1991-ci ildə müstəqillikdən sonra ilk dəfə olaraq bütün respublika ərazisində növbədənkənar seçkinin keçirilməsi qərara alınıb. Bu baxımdan da, Cənubi Qafqaz dövləti üçün bu səsvermə tarixi əhəmiyyət daşıyır”, - məqalədə bildirilir.

 

Həmçinin, seçicilərin fəallığı və seçkinin şəffaflığının da yüksək səviyyədə olduğu diqqətə çatdırılır.

 

“Son rəqəmlərə görə ölkədə seçici fəallığı 70 faizdən çox olub. Bu isə o deməkdir ki, sözün həqiqi mənasında Azərbaycan xalqı öz prezidentini seçib. Seçkinin şəffaflığı seçki məntəqələrində yerləşən 1000-ə yaxın veb-kamera, həmçinin MDB, ATƏT, Türk Dövlətlərinin Parlament Assambleyası və digər təşkilatlardan çoxsaylı beynəlxalq müşahidəçilər tərəfindən təmin edilib. Ümumilikdə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, prezident seçkisi zamanı dünyanın müxtəlif ölkələrindən 109 KİV-dən 790 beynəlxalq müşahidəçi və jurnalisti prosesi izləyib”, - materialda qeyd edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

Partiya sədri naziri QINADI

AZAL-dan xüsusi TƏKLİF

“Ey vətən” layihəsi təqdim edildi

Şəhidin ordeni övladına verildi

“Fransa bir diasporanın girovuna çevrilib”

Bu universitetdə məcburi hicab qaydaları SƏRTLƏŞDİRİLİB

Naxçıvan məktəblərində təhlükə

“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

“Bakı Marafonu 2024”ə qeydiyyat BAŞLAYIR

Fransa kəşfiyyatına qarşı əməliyyat - TUTULDULAR

1000-dən çox şəxsin diplomu tanınmayıb

Peşə təhsili alanların NƏZƏRİNƏ

Osqud-Şlyatter xəstəliyindən əziyyət çəkənlərin DİQQƏTİNƏ