“İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq”

00:52 08-02-2024 | icon 329 | Siyasət
“İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkisinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanatda deyilir:

 

“BAXCP ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkisində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş İlham Əliyevin olacağını bildiyindən seçkinin elan olunduğu ilk günlərdə seçkiyə qatılmağa tərəddüd etsə də, ölkəmizdə köklü islahatlara ehtiyac olması zərurətini qəbul edərək “Ədalət, Hüquq, Demokratiya” şüarı, “Böyük Dəyişikliklər” seçki proqramı ilə prezident seçkisinə qatıldı. Seçkinin nəticələrinə dair hər hansı illüziyaya qapılmasaq da, əzmlə mübarizə apardıq.

 

Ölkəmizin müxtəlif regionlarında və paytaxtda seçicilərlə çoxsaylı görüşlər keçirərək insanları Azərbaycanı böyük islahatlar yolu ilə daha müasir, iqtisadi baxımdan daha güclü, daha nüfuzlu Avropa ölkəsi edəcək Qüdrət Həsənquliyevə səs verməyə çağırdıq.

 

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev və onun nümayəndələri mediada cəmiyyətimizdə mövcud problemlər və onlardan çıxış yollarına dair partiyamızın mövqeyini açıqladılar.

 

Səsvermə prosesini izləmək məqsədilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəni əhatə edən seçki müşahidəçilərini qeydiyyatdan keçirdi.

 

Ümumilikdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının minlərlə müşahidəçisi, Seçki Qərargahının üzvləri seçki prosesini müsbət xarakterizə etmiş və nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını, nəticələrin vətəndaşların iradəsini ifadə etdiyini bildirmişdir. Seçkinin nəticələri İlham Əliyevin inamlı qələbəsi ilə yanaşı sivil ölkələrdə olduğu kimi ölkəmizdə də güclü çoxpartiyalı sistemin yaranmasına yol açacaq ciddi siyasi islahatların aparılması zərurətini növbəti dəfə nümayiş etdirmişdir.

 

BAXCP olaraq seçkidə bizə dəstək olmuş tərəfdarlarımıza, təqdim etdiyimiz islahatlar paketinə səs vermiş hər kəsə dərin minnətdarlığımızı bildiririk.

 

BAXCP seçkinin legitimliyini şübhə altına alan iddiaları qəbul etmədiyini bəyan edir.

 

Biz seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI