MMP-dən Prezident seçkisi ilə bağlı BƏYANAT

11:00 08-02-2024 | icon 470 | Siyasət
MMP-dən Prezident seçkisi ilə bağlı BƏYANAT

Müasir Müsavat Partiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı Bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə partiyanın Mətbuat Xidmətinin məlumatında bildirilib.

 

Bəyanatda deyilir:

 

“7 fevral - Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan xalqının Ali Baş Komandanı, Qarabağ fatehi İlham Əliyevin namizədliyini müdafiə etmək, xalqın İlham Əliyevə verdiyi səsləri qorumaq məqsədilə Müasir Müsavat Partiyası çoxsaylı üzvlərini seçki məntəqələri və dairələri, həmçinin bütün ölkə ərazisində müşahidəçi kimi qeydiyyatdan keçirmişdir. Səsvermə günü onların hər biri ilə müntəzəm əlaqə saxlanılmış, partiyanın müxtəlif rayon təşkilatlarında yaradılan qərargahlarda seçki müşahidəçilərinin saatbasaat verdiyi məlumatlar təhlil edilmişdir.

 

Seçki öncəsi və səsvermə günü rayon təşkilatlarımızın verdiyi məlumatlara əsasən bəyan edirik ki, Prezident seçkiləri ilə əlaqədar bütün hazırlıq işləri yüksək keyfiyyətlə və effektiv şəkildə həyata keçirilmiş, bütün fundamental hüquq və azadlıqlar, o cümlədən sərbəst toplaşma və söz azadlığı təmin edilmiş, namizədlərə öz seçki kampaniyalarını azad və sərbəst şəkildə təşkil etmələri üçün lazımi şərait yaradılmışdır.

 

Seçki öncəsi və seçki günü Azərbaycan tərəfindən nümunəvi şəffaflıq və açıqlıq nümayiş etdirilmiş, seçkiləri yüz minə yaxın müşahidəçi canlı izləmiş, siyasi partiyalar, QHT-lər, namizədlər, müstəqil şəxslər müşahidəçi kimi seçki prosesində uğurla iştirak etmişdir.  1000 seçki məntəqəsində quraşdırılmış kameralar vasitəsilə onlayn müşahidə üçün şərait yaradılmış və bu şəraitin nəticəsində Prezident seçkiləri bütün dünyadan izlənmişdir. Aidiyyəti dövlət qurumları tərəfindən atılmış addımların nəticəsi olaraq, keçirilmiş seçkilər müşahidəçilərin mütləq əksəriyyəti tərəfindən azad, ədalətli və şəffaf qiymətləndirilmiş, səsvermədəki seçici aktivliyi mühüm nailiyyət kimi dəyərləndirilmişdir.

 

Seçkilərin nəticəsində Azərbaycanın Prezidenti, Vətənimizə qələbələr bəxş edən böyük sərkərdə İlham Əliyev yenidən xalqımızın böyük inam və etimadını qazanmış, Azərbaycan Respublikasının növbəti 7 il müddətində prezidenti seçilmişdir. Bu xalqın, millətin qələbəsidir! Bu qələbə münasibətilə Prezident İlham Əliyevi partiyamızın adından təbrik edir, ona uzun ömür, cansağlığı və qələbələrlə dolu hakimiyyət arzulayırıq. Bu seçkini qazanan qələbəyə layiq Azərbaycan milləti və bütün dünya azərbaycanlılarıdır. Növbəti zəfərimiz mübarək olsun!”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI