İlham Əliyevin yenidən Prezident seçilməsi nəyi diqtə edir?

18:52 08-02-2024 | icon 507 | Siyasət
İlham Əliyevin yenidən Prezident seçilməsi nəyi diqtə edir?

Ramil Hüseynov: “Seçkilər kənar təzyiqlərin qarşısını almaq üçün xalqın gücünün səfərbər edilməsi kimi tarixə düşdü”

 

“Cənab İlham Əliyevin yüksək səs çoxluğu ilə yenidən prezident seçilməsi region, eləcə də dünyanın qlobal güclərinə ən böyük mesaj oldu. Bu seçki bir daha bəyan etdi ki, Cənubi Qafqazda geosiyasi maraqlarını gerçəkləşdirmək üçün Ermənistan üzərindən min bir oyundan çıxan Fransa, ABŞ, Almaniya və digər dövlətlər Azərbaycana qarşı apardıqları qərəzli siyasətə yenidən baxmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin nəticələri, bunun gələcək sülhə və Cənubi Qafqazda gedən proseslərə təsiri ilə bağlı açıqlamasında bildirib.

 

R.Hüseynov dünyada gedən müharibələrə, kataklizmlərə diqqət çəkərək, bu gün bölgədə gərginlik yaratmaq istəyən qüvvələrin daha aktiv, fəal göründüyünü vurğulayıb. Onun sözlərinə görə, Fransanın, Avropanın Azərbaycana qarşı təzyiq göstərməsi cəhdlərinə baxanda Ermənistanla sülh müqaviləsinin bağlanmasına qarşı da müəyyən maneələrin ola biləcəyi ehtimalı ortaya çıxır.

 

R.Hüseynovun fikrincə, seçkilərdə xalqın Prezidentin yanında dayanması həmin güclərə öz gücünü bir daha nümayiş etdirdi və bölgədə sülhün vacibliyini bəyan etdi:

 

“Bundan sonra da Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycana qarşı hər hansı haqsız bəyanatın, qətnamənin təsir etməsi mümkün deyil. Bu gün regionda əsas lokamativ ölkə Azərbaycandır. Cənubi Qafqazı özünün plastarmına çevrimək istəyən həmin güclər heç şübhəsiz ki, burada sülhün bərpa edilməsini istəyən xalqı nəzərə almalıdır”.

 

R.Hüseynov bu mənada böyük səs çoxluğu ilə xalqımızın yüksək etimadını qazanaraq, yenidən Prezident seçilən ölkə başçısını təbrik edib. Mərkəz rəhbəri bildirib ki, regionda və dünyada baş verən prosesləri qlobal geosiyasi dəyişikliklər fonunda öz dövlətinin maraqları naminə yönəltmək, xalqın, millətin mənafeyinə uyğunlaşdırmaq üçün böyük siyasi təcrübəyə, diplomatik çevikliyə ehtiyacımız var idi. Və növbədənkənar seçkilər bu yöndə öz sözünü dedi:

 

“Ona görə də xalqımız özünün müdrikliyini bir daha isbat elədi və yenidən yüksək səs çoxluğu ilə cənab İlham Əliyevi Prezident seçdi. Fransa, ABŞ kimi dövlətlər regionda möhkəmlənmək üçün daxildə kimlərincə şüuruna təsir edib dəyişiklik yaratmağa çalışa bilər. Amma bu bizi qarşımıza qoyduğumuz məqsədlərdən yayındrımamalıdır. Bizim yolumuz demokratik, haqq yoludur”.

 

Mərkəz rəhbəri qeyd edib ki, seçkidən sonra dünya səviyyəsində Prezidentə ünvanlanan təbriklər, mesajlar onu göstərir ki, Azərbaycan regionda önəmli rol oynayan dövlətdir:

 

“Növbədənkənar seçkilər kənardan gələn təzyiqlərin qarşısını vaxtında almaq üçün xalqın gücünün səfərbər edilməsi kimi tarixə düşdü. Biz xalqımızın nəbzini yoxladıq. Bir daha yəqin etdik ki, dədə-babaların bizə qoyduğu mirası qoruya bilmişik. Yəni yaxşı ilə pisi ayıra bilirik və bu, seçkidə nümayişkarana göründü”.

 

R.Hüseynov eyni zamanda qeyd edib ki, bu seçki prosesi Cənubi Qafqazda gözlənilən iqtisadi, siyasi layihələrin daha geniş aspektdə inkişafına və tezləşməsinə təsirsiz ötüşməyəcək.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI