"İstənilən güclərin təsirləri zəif hakimiyyətlər üçün keçərli olur..."

14:00 12-02-2024 | icon 158 | Siyasət
"İstənilən güclərin təsirləri zəif hakimiyyətlər üçün keçərli olur..."

Rəşad Bayramov: “Prezident üzərimizdə oyunlar quran gücərin qarşısında daha əzmlə və qəti şəkildə dayana biləcək”

 

“İndi xalqdan dəstək alan İlham Əliyev daha rahat şəkidlə bu güclərin qarşısında dayanmaq imkanı əldə edib. Ayrı ayrı dövlətlərin oyunu seçkilərin önə çəklməsi ilə pozuldu. Qalib gələn prezident üçün prosesləri daha rahat aprması mümükün olacaq. Bu ölkədə yeni islahatların aparılması, ayrı-ayrı problemlərin aradan qaldırılması üçün bir fürsətdir. Bundan sonrakı fəaliyyət ölkə daxilində, regionda Azərbaycanın maraqlarının böyük ölçüdə qorunmasına təminat verib”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov fevralın 7-də ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri və Cənubi Qafqazda cərəyan edən proseslərə təsiri ilə bağlı şərhində bildirib.

 

Politoloq seçkilərin nəticələrinin gözlənilən olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin alternativ namizədlərinin gücü və imkanları ilə müqayisəsi İlham Əliyevin qalib gələcəyini proqnizlaşdlrmağa imkan verib:

 

“Ölkə başçısı İlham Əliyev böyük səsçoxluğu ilə yendiən prezident seçildi. Seçki məntəqələrində səs verən seçicilərin hər biri, xüsusən də səhər saatlarında seçicilərin böyük ölçüdə iştirakına şahidlik etdilər. Uzun illər idi ki, seçki məntəqələrində səs vermək üçün növbəyə dayanma hallarını müşahidə etməmişdim”.

 

R.Bayaramov bu seçkini bir sıra aspektlərlə önəmli hesab edib:

 

“Seçki ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçirilirdi. Bu, ilk dəfə olaraq torpaqları işğalda olmayan, suveren, müstəqil Azərbaycanda keçirilən seçki idi. Bu mənada 7 fevral seçkilərini həm də tarixi seçki adlandırmaq olar”.

 

Seçkilərin Cənubi Qafqazdakı proseslərə təsirinə gəlincə, politoloq bir çox mühüm nüanslara diqqət çəkib. Onun sözlərinə görə, Cənubi Qafqaz yerləşdiyi coğrafiyaya görə həm regional, həm də dünyanın super güclərinin diqqət mərkəzində olan ölkədir:

 

“Hər kəs bu bölgəyə təsir imkanları əldə etmək, bu və ya digər şəkildə burada təmsil olunmaq niyyətini ortaya qoyur. Bunun üçün də davamlı olaraq Cənubi Qafqaz ölkələrinə təzyiq yolunu seçirlər. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq bu təzyiqlərə tab gətirib və bundan sonra da belə olacaq. Xalqdan yenidən mandat alan Prezident İlham Əliyev üzərimizdə oyunlar quran qarşısında daha əzmlə və qəti şəkildə dayana biləcək. Çünki istənilən güclərin təsirləri zəif hakimiyyətlər üçün keçərli olur. Məsələn, Paşinyan hakimiyyətinin, özünün zəifliyi, getdikcə xalq arasında nüfuzunun aşağı düşməsi Ermənistanı Fransa, ABŞ və regionda hegemonluq etmək istəyən digər dövlətlərin əlaltısına çevirib və bu, onlara yaxşı nə isə vəd etmir".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK