Xocalı və Xankəndinə köçənlər hansı evlərdə yaşayacaq...

16:26 12-02-2024 | icon 316 | Qarabağ
Xocalı və Xankəndinə köçənlər hansı evlərdə yaşayacaq...

Bu ilin ilk altı ayında Xocalıya və Xankəndiyə köç olacaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, qeyd edilən müddətdə Xocalıya və Xankəndiyə ümumilikdə 100 ailə köçürülməsi planlaşdırılır. Xocalıya 50, Xankəndiyə 50 ailə köçürülməsi nəzərdə tutulub.

 

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov Xocalı və Xankəndiyə köç haqqında danışıb:

 

“Cənab Prezident xalqa yeni il müraciətində, bundan öncə də məsələyə aydınlıq gətirib. Xocalıya, Xankəndiyə, Kərkicahana və digər işğaldan azad olunan ərazilərimizə ilk köç 2024-cü ilin birinci rübünün sonunda baş tutacaq. Biz bunu həsrət və böyük sevinclə gözləyirik. Yəqin ki, mart ayında-Novruz bayramı ərəfəsində köç olacaq. Xankəndidə 80-90 faiz evlər salamatdır.  Xeyli vaxtdır ki, bura qayıdış üçün lazımi vəziyyətə gətirilir. İndi orada bərpa-quruculuq işləri gedir. 2023-ci ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatından sonra cənab Prezidentin tapşırığı ilə müvafiq qurumlar işğaldan azad edilmiş ərazilərdə oldular. Orada çox geniş iş, araşdırmalar aparıldı. Yenidən tikilən evlər də, bərpa olunan evlər də olacaq”.

 
 

 

Deputat qeyd edib ki, evləri hazırda yaşamağa yaralı olanlar öz dədə-baba yurdlarına köçə biləcəklər: 

 

“Hərkəsin arzusu öz dədə-baba yurduna qayıtmaqdır. Bir Xocalı sakini kimi mən öz evim haqqında məlumat verə bilərəm. 1992-ci ilin 25-26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı nəticəsində mənim ata-baba evim həmin gecə bombalanıb. Yəni yaşayışa yararsız vəziyyətə düşüb. Ona görə bünövrəsi tamamilə söküldü. İndi həmin yerdə, öz həyətimizdə yeni ev tikiləcək. Eləcə də digər sakinlərin yaşayışa yararlı evləri bərpa olunur.  Yaşayış mümkün olmayan evlərin bünövrəsj sökülüb, yeni evlər tikilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…

MMP "Ana harayı" abidəsini ziyarət etdi

Sümük xəstəliklərindən əziyyət çəkənlər OXUSUNLAR

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş FLƏŞMOB

Xocalı soyqırımı ABŞ mətbuatında və beynəlxalq hesabatlarda

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ

Xocalı soyqırımından 32 il keçir

Nazir gənc yazarla görüşüb

“CineMastercard” təqdim olunur

"Xocalı faciəsi: bu qan yerdə qalmadı” - ELMİ KONFRANS

Röya beynəlxalq musiqi festivalının açılışında çıxış edəcək

Bakı-Quba yolunda avtomobil aşıb

Rekord sayda BİLET SATIŞI

Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Jurnalistlərin akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK