"İnsan hüquq və azadlıqları sahəsində ciddi axsamalar görürük"

16:19 05-03-2024 | icon 347 | Siyasət
"İnsan hüquq və azadlıqları sahəsində ciddi axsamalar görürük"

Razi Nurullayev: "Vətəndaşların pulsuz hüquqi yardıma çıxışını asanlaşdırmaq lazımdır"

 

"Ombudsman gözəl təkliflərlə çıxış edir və onların həyata keçirilməsi təmin olunarsa, ölkədəki problemlərin 60-70 faizi ilə elə bu il sağollaşarıq".

 
 
Versus.Az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyevanın Milli Məclisdəki çıxışı ilə bağlı açıqlamasında deputat Razi Nurullayev bildirib. 
 
 
 
Deputat təəssüflə qeyd edib ki, ortada çox gözəl təkliflər olsa da, ya maliyyə çətinliyindən, ya da qərarlar qəbul edilmədiyindən onlar gecikir. Onun sözlərinə görə, bu gün insan hüquqları üzrə müvəkkil və aparatı imkanlarının üzərində işləyir.
 
 
 
R.Nurullayev bir neçə məqama da diqqət çəkərək həyata keçirilməsinin vacibliyini vurğuladı:
 
 
"İnsan hüquq və azadlıqları sahəsində ciddi axsamalar görürük və bunu həyata keçirmək üçün resurslarımız zəifdir. Birinci növbədə, vətəndaşların pulsuz hüquqi yardıma çıxışını asanlaşdırmaq lazımdır. Bu gün bu proses asan prosedur deyil. Vətəndaşlarımız da hüquqi cəhətdən demək olar ki, tam savadsızdır. Bu ehtiyacı yerinə yetirmək üçün Ombudsman işçilərinin də sayını ciddi şəkildə artırmağa ehtiyac var. Bəlkə də elə İnsan haqları üzər müvəkkilin xətti ilə hər bir rayonda iki-üç nəfərlik ştatlar yaratmaq lazımdır. Axı buna ehtiyac var. İnsanların hüquq və azadlıqları hər bir cəmiyyətin təməl prinsipləridir. Bu sahədə vətəndaşlara xidmət çox aşağı səviyyədədirsə, demək ki, təxirəsalmadan bu işə başlamaq da zəruridir".
 
 
 
Deputat bildirdi ki, neçə illərdir Aliment Fondunun yaradılması təklifi irəli sürülür, amma bu təklif həyata keçirilmir:
 
 
"Qeyd edim ki, artıq Aliment verə bilmədyinə görə kişilər arasında intihar edənlər və intihara cəhd edənlər var. Dünən onlardan birini ziyarət etdim. Sevinirəm ki, onun həyatının xilas olunmasında mənim də rolum oldu. Bütün zamanlarda boşanan qadınların hüquqlarını müdafiə etmiş və kişilərin nə olur-olsun aliment verməsini tələb etmişəm. Bəli, elə kişilər var ki, pulu-malı var, amma aliment vermək istəmir, qoy onlar haqqında ən ciddi hüquqi addımlar atılsın. Amma elə kişilər də var kl, onların məhkəmələrin müəyyən etdiyi məbləği verməyə gücləri çatmır. Həbs olunur, borc tapıb verir, sonra yenə verə bilmir, digər tərəfdən qarşı tərəf yeni iddia qaldırır və məbləğin artırılmasını tələb edir, bir sıra hallarda buna nail olur. Nəticə isə acınacaqlıdır. Nə qadın məmnundur, nə də kişi. Bu sahədə olan vəziyyət həyacan siqnalıdır və aliment fondu yaradılmasa, bu sahədə yüngülləşdirici addımlar atılmasa çətin olacaq.
 
Boşanmalar və ailment arasında narahatedici bir amil olduğu barədə şikayətlər alırıq. İstərdim ki, boşanma və aliment arasında olan əlaqələr bir araşdırmanın mövzusu olsun. Aliment almaq istəyi boşanmalara təsir edirmi? Çünki qəbuluma gələn onlarla vətəndaşlar bu əlaqənin olduğunu deyir. Məncə bu məsələ araşdırlmalı və ictimailəşdirilməlidir".
 
 
 
R.Nurullayev vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrdən də bəhs edib. Bildirib ki, xeyli insanın şərəf və ləyaqəti alçaldılır, yüzlərlə insanın işgüzar nüfuzunu ləkələyən məlumatlar açıq və sərbəst şəkildə yayımlanır, audio və video məlumatlar da sərbəst yayılır:
 
 
 
"Belə bir fikir yaranır ki, bu qanuni bir haldır. O baxımdan da günü-gündən bu cür hallaırın sayı artır.
Çünki ciddi tədbirlər görülmür. Prokurorluğun bu sahədə apardığı iş məqbul səviyyədə deyil və hətta deyərdim ki, bərbad vəziyyətdədir. Hətta bizi təəccübləndirəcək səviyyədə qeyri-məqbuldur. Bununla bağlı konkret faktlar da var, sadəcə zaman azdır, gündəlik mövzularda bu barədə danışacam. Bu halları nəzərə alaraq, vətəndaşların hüquqlarının qorunması məqsədilə doğru mexanizmin yaradılması və konkret cinayət və qeyri-qanuni hərəkətlər üçün də konkret iş görülməsi vacibdir".
 
 
SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Brüssel görüşündə hərbi dəstək məsələləri müzakirə olunub?

Əsən Ana əlləri

Şəhid Abdullazadə Həsənağanın valideynləri ilə görüş

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

Daha bir deputat səlahiyyətini İTİRİR

Hacı da olanda, belə Hacı olasan...

Nurcahan Hüseynova dünyasını dəyişdi

Yaşasaydı bu gün 68 yaşı tamam olacaqdı

Goranboy sakini evini satdı: Sosial yardımı DAYANDIRILDI

Cüdoçumuz Avropa kubokunda üçüncü olub

Bu gün onun günüdür - Sevindik Hətəmov 61

Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verəcək

Uşaqlar üçün ayaqla birlikdə böyüyən krosovka

Həkimdən XƏBƏRDARLIQ