Məktəblərin pulsuz dərsliklərlə təmin olunması üçün ayrılacaq VƏSAİT

08:35 06-03-2024 | icon 419 | Təhsil
Məktəblərin pulsuz dərsliklərlə təmin olunması üçün ayrılacaq VƏSAİT

Məktəblərin pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.

 

Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

 

Qeyd edilib ki, təhsilalanların müəyyən qisim dərsliklərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırda dərsliyin çap etdirilməsi, həmçinin dərsliklərin rəqəmsal nüsxələrinin yaradılması və onlayn platformalarda yerləşdirilməsi təhsilin inkişafında əvəzedilməz rola malikdir.

 

Bununla yanaşı, şagirdlərin dərsliklərlə bərabər təhsil proqramı ilə sıx bağlı olan nəşrlərlə ödənişsiz əsaslarla təmin edilməsi istiqamətində işlərin görülməsi çox yaxşı olardı:

 

“Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması və təminatı məqsədilə hər il dövlət büdcəsində vəsaitlər nəzərdə tutulur. Belə ki, təhsil müəssisələrinin təkcə 2023/2024-cü tədris ilində 300-dən çox adda təqribən 8 milyon nüsxə, 2024/2025-ci tədris ilində isə 300-dən çox adda təqribən yeddi milyon 800 min nüsxə pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 2023-2024-cü illərdə hər il üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI