"Bəzən təhsilsiz sosial işçi işində daha uğurlu olur, nəinki..."

09:10 07-03-2024 | icon 418 | Cəmiyyət
"Bəzən təhsilsiz sosial işçi işində daha uğurlu olur, nəinki..."

Əhməd Rəhmanov: "İnanmıram ki, hansısa bir təhsil ocağında bununla baglı dərs keçən olar"

 

"Təhsili olan sosial işçi işinə elmi cəhətdən, yəni nəzəri biliklərə əsasən yanaşır, psixologiyanı öyrənir".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov deyib. Onun sözlərinə görə, təhsili olmayan isə qəlbinin səsi və praktiki cəhətdən işinə yanaşır:

 

Ə.Rəhmanov qeyd edib ki, əksər hallarda təhsili olmayan sosial işçi işində daha uğurlu olur, nəinki, bu peşəyə gəlir mənbəyi, yəni professional tərəfdən yanaşan işçi kimi:

 

"Bu barədə belə bir lətifə də var. Mütəxəssislərin tikdiyi "Titanik"ə nisbətən, həvəskar Nuhun tikdiyi gəmi dünyanı basan suya dözdü. Əlavə ola bilər ki, sosial işçilərin çoxu yəni, təhsili olmayanlar, əsasən, öz yaxınlarında, öz ətraflarında çətinlik yaşamış insanlar olur. Onlar xəstənin, əlilin nə çəkdiyini nəzəri yox, praktiki tərəfdən müşahidə edirlər. Mən özüm əliləm, uzun müddət Qarabağ əlilləri içərisində hospitallarda yatmışam. Vaxtıilə tanımadığım şəxslər mənə qulluq edib (tibb personalı), təəssüf ki, bu gün övladım da əlildir, psixi problemi var. Odur ki, bu gün küçədə, yaxında bir əlilliyi olan insan görəndə mən ilk növbədə özümü onun yerinə qoyuram. Onun istəyini, nəyə ehtiyacı olduğunu hiss edirəm. Sosial Xidmətlər Agentliyi məni tanıyır. Bir il ərzində Nəsimi rayonunda 3 kimsəsizi küçədən götürüb, əvvəl həkimə aparıb, sonra Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil vermişəm ki, pansionata yerləşdirsinlər. Bunu mən əmək haqqına yox, elmi nəzəriyyəyə görə yox, sadəcə insanlıq xatirinə edirəm. Əvvəl dediyim kimi qəlbin səsinə görə etmişəm. İnanmıram ki, hansısa bir təhsil ocağında bununla baglı dərs keçən olar".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI