“Səma ilə Görüş” - TƏQDİMAT

14:27 07-03-2024 | icon 1097 | Film
“Səma ilə Görüş” - TƏQDİMAT

Azərbaycan Kino Mərkəzi, kinosevərlərin böyük marağına səbəb olan “Səma ilə Görüş” filminin təqdimatı keçirildi.

 

Versus.Az xəbər verir ki, filmin  baş prodüseri, Azərbaycan kino Mərkəzin təsisçisi Orxan Mərdanrejissoru Rüfət Şahbazovdur. Filmin ssenarisi Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədov tərəfindən qələmə alınmışdır.

 

Operatorluğunu Şahmar Səfəroğlunun üstələndiyi filmin icraçı prodüseriFuad Cəfərov, prodüseri isə Amiran Babayevdir. Azərbaycan kinosuna yeni nəfəs gətirəcək olan bu əsər, izləyicilərə unikal təcrübə vəd edir.

 

“Səma və dostları, dələduzluqla əldə etdikləri pulları ağır xəstəliklərdən əziyyət çəkən insanlara yardım etmək üçün xərcləyən, müasir dövrümüzün Robin Qudlarıdır. Xeyirxah əməllərinə görə onları tərif edən də var, tənqid edən də. Dostların həyatı maraqlı hadisələrlə doludur. Lakin bir gün həyat onlara elə bir zarafat edir ki, dostlarınözlərinin yardıma ehtiyacı olurFilmin sujet xətti, Səma və dostlarının həyatını, onların seçimlərin və bu seçimlərin gətirəcəyi nəticələrin təsiri ilə dəyişib, filmin sonunda onları gözləyən həyat dərsinə doğru aparacaqdır. Bu yolda onlar qurban verməli və dost dedikləri insanlardan imtina etməli olacaqlar. Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli kimi tanınmış simaların canlandırdığı obrazlar, filmin dramatik, hərəkətli və komediyalı məzmununu daha da zənginləşdirir.

 

Filmin sujet xətti tamaşaçıları həm ağladacaq, həm güldürəcək, həm də düşündürəcək səhnələrlə doludur. Bu da onu tamaşaçılar üçün qaçılmaz bir kino hadisəsinə çevirir.

 

Orxan Mərdanın rəhbərliyi , yaradıcı komandanın əziyyəti ilə başa gəlmiş “Səma ilə Görüş” filmini, Azərbaycan Kino Mərkəzi olaraq sizlərə təqdim etməkdən qürur duyuruq.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI