Lavrov nə demək istədi?

14:58 07-03-2024 | icon 554 | Geopolitika
Lavrov nə demək istədi?

Fuad Əliyev: "Lavrovun Paşinyana və Ermənistan hakimiyyətinə Şuşa məğlubiyyətini xatırlatması təsadüfi deyil"

 

"Ola bilsin ki, Rusiya mənzərəni belə görmək istəyib, Paşinyan isə razı olmayıb. Çünki o status-kvo hər iki tərəfi qeyri-müəyyənlikdə saxlayır, sülhməramlıların Qarabağda qalmasını təmin edirdi".

 

Versus.Az xəbər verir ki, bunu Prezidentliyə keçmiş namizəd, siyasi ekspert Fuad Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Diplomatik Forumun yekunlarına dair mətbuat konfransındakı çıxışı ilə bağlı açıqlamasında bildirib.

 

F.Əliyevin fikrincə, Lavrov o zaman üçün “Dağlıq Qarabağ”a status verilməsini nəzərdə tutaraq azərbaycanlı qaçqınların Şuşaya qaytarılması təklifini xatırladıb:

 

“Azərbaycan birmənalı şəkildə status tələblərini rədd edirdi. Prezident dəfələrlə bəyan etmişdi ki, Qarabağ ermənilərinə də, Dağlıq Qarabağa da heç bir muxtariyyət, imtiyaz olmayacaq. Onlar üçün ən yaxşı status hamı kimi Azərbaycan vətəndaşlığını qəbul edərək eyni hüquqlara malik olmaq idi. Amma həmin dönəmdə hadisələrin inkişafı başqa məcrada getdi və nəinki Şuşanın saxlanması, bu gün Xankəndi belə separatçılardan təmizlənib. Ola bilsin ki, Rusiya mənzərəni belə görmək istəyib, Paşinyan isə razı olmayıb. Çünki o status-kvo hər iki tərəfi qeyri-müəyyənlikdə saxlayır, sülhməramlıların Qarabağda qalmasını təmin edirdi. Təsəvvür edin - Şuşada həm azərbaycanlılar, həm ermənilər yaşayır, patrul xidməti təşkil olunur, sülhməramlılar bölgəyə nəzarət edir, nəticədə 5 ilin tamamında Bakı və İrəvandan rus hərbçilərin qalma müddətinin uzadılması təklif olunur, arqument də belədir ki, hər iki xalq birgəyaşayışa hazır deyil. Bu ssenari ən çox bir tərəfi və separatçıları qane edirdi”.

 

Fuad Əliyevin sözlərinə görə, indi sülhməramlıların regionda qalmasına heç bir ehtiyac yoxdur və Lavrovun Şuşa xatırlatması erməni cəmiyyətini Paşinyana qarşı qaldırmaq, hər şeyin onun günahı ucbatından belə yekunlaşdığını bildirmək məqsədi güdür:

 

“Şübhəsiz ki, Paşinyan da Qarabağda separatizmin və erməni silahlı qüvvələrinin qalmasında maraqlıydı. Ancaq saxlamağa gücü çatmazdı. Son 3 ildə onun Qarabağla əlaqəsi sıfıra enmişdi. Nəticədə antiterror əməliyyatı ilə Ermənistanın götürdüyü və yerinə yetirmədiyi öhdəlik ordumuz tərəfindən icra olundu, "boz zona" təmizləndi".

 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Diplomatik Forumun yekunlarına dair mətbuat konfransında Şuşa haqda danışıb. XİN rəhbəri deyib ki, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətləri korlamaq siyasətini davam etdirir və şüurlu şəkildə Dağlıq Qarabağla bağlı baş verənlərə görə Rusiyanı günahlandırmaq siyasətindən əl çəkmir.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı