Yeni mexanizmin tətbiqində tam şəffaflıq lazımi səviyyədə deyil

15:50 08-03-2024 | icon 276 | Cəmiyyət
Yeni mexanizmin tətbiqində tam şəffaflıq lazımi səviyyədə deyil

Əlilliyin müəyyən edilməsi və bu sahədəki çatışmazlıqlar hələ də var

 

Əlillik statusunun müəyyən edilməsi ilə bağlı nə qədər mütərəqqi və beynəlxalq stanrdartlara uyğun qaydalar, mexanizmlər müəyyənləşdirilsə də, onlar praktikada tətbiqində problemlər qalmaqda davam edir. Bu da öz növbəsində bu sahədə həyata keçirilən siyasətə kölgə salır.

 

2022-ci ilin iyulundan əlilliyin müəyyən edilməsində yeni qaydaların tətbiqinə başlanılsa da, burada müəyyən problemlərə rast gəlmək olur. Əlilliyin təyin edilməsində yeni hüquqi mexanizmlərin tətbiqi ilə əlaqədar olaraq Demokratiyanı Öyrənmə İctimai Birliyinin hazırladığı Hesabatda da bu məsələ geniş şəkildə əksini tapıb.

 

Belə ki, Hesabatda əlilliyin statusunun müəyyən edilməsilə bağlı yeni qaydaların tətbiqi sahəsində vəziyyətin qiymətləndirilməsində qanunvericilik bazası analiz edilərək hüquqi problemlər və bir də qaydaların praktikada tətbiqi sahəsində müşahidə olunan problemlər araşdırılıb.

 

Hesabatda deyilir ki, hazırkı sistemin hüquqi əsasları son 3 ildə qəbul edilmiş 3 sənədə söykənir:

 

1) Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiqlənmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası; 2) Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 saylı qərarı ilə təsdiqlənmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” və 3) Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən edilməsi Meyarları”.


Araşdırma zamanı qanunvericliyin tətbiqi sahəsində əsasən yeni sistemə keçiddə əvvəlki modeldən fərqli olaraq əlilliyin yalnız tibbi göstəricilər deyil, paralel olaraq funksional imkanların da qiymətləndirilməsi əz əksini tapıb. Bununla bağlı olaraq qanunvericilikdə yeni qaydaların tətəbiqi ilə bağlı 7 meyar da müəyyən edib. Lakin buna baxmayaraq, praktikada əlilliyin qiymətləndirilməsində yenə də tibbi diaqnoz, dəlil və göstəricilər əsas götürülüb. Hesabatda qeyd edilir ki, yeni modelin tətbiqində həkimlərlə yanaşı, peşə terapevtləri və sosial işçilər kimi mütəxəssislər də həkim-məsləhət və sosial-ekspert komissiyalarına cəlb olunsaydı daha ədalətli və əlilliyin müəyyən edilmə prosesi şəffaf olardı. Bu isə onu deməyə əsas verir ki, yeni mexanizmin tətbiqində hələ də tam şəffaflıq, ictimaiyyətə əlçatanlılıq lazımi səviyyədə deyil.
Digər problem ondan ibarətdir ki, əlilllik statusu almağa imkan verən yanaşı xəstəlik və ya pozuqluqlara görə əlilliyin təyin edilməsi mexanizmi effektiv, müraciət edən şəxslərin sosial maraqlarını onların tibbi vəziyyətinə adekvat şəkildə təmin etmək üçün yetərli deyil. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11-ci bəndində qeyd olunur ki, orqanizmin funksiyalarının pozulması səbəbindən əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir. Pozulmanın faizi müəyyənləşdirildikdə hər bir orqan (əza, funksiya) üzrə funksiyaların pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılır. Fərqli olduqda isə ən yüksək olan göstərici 10 faiz artırılır (ümumi göstərici 100 faizdən çox olmamaqla). Əvvəla, qaydalardan aydın olmur ki, əlliyin təyini üçün halların sayı 2-dən çox olduqda (3 və ya 4), yekun göstərici hər bir hal üzrə 10% artırılır, yoxsa yalnız əlavə bir hal nəzərə alınır. Lakin Dölət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məsələ ilə bağlı mövqeyi bundan ibarət olub ki, yalnız yanaşı xəstəlik və ya funksional pozuntuların sayı 1-dən çox olarsa, onlardan yalnız 1-i nəzərə alınır və yekun göstərici cəmi 10% artırılır. Halbuki bəzi ölkələrin təcrübəsində bütün yanaşı xətəlik və pozuqluqlar xüsusi formul əsasında yekun göstəricidə nəzərə alınır. Məsələn, Türkiyə prkatikasında bütün halların hesablanması üçün “Balthazard” adlanan xüsusi hesablama üsülundan istifadə edilir. Məsələn, əgər müvafiq olaraq 60%, 40% və 35% olmaqla əlilliyin təyin edilməsinə əsas verən 3 yanaşı, amma fərqli hal mövcuddursa, “Balthazard” metoduna görə şəxs 84% əlillik faizi təyin edilir. Azərbaycanda eyni vəziyyətdə olan şəxs üçün mövcud qaydalarla 70%-lə 2-ci dərəcə əlillik təyin olunur. Halbuki “Balthazard” metodu tətbiq edildiyi halda Azərbaycan vətəndaşı üçün 1-ci dərəcə əlillik təyinatı aparılmalıdır.

 

Yeni qaydaların praktikada tətbiqi sahəsindəki çatışmazlıqlar Demokratiyanı Öyrənmə İctimai Birliyinin hədəf qruplardan olan 50 respondent arasında keçirdiyi sorğuda da öz əksini tapıb. Sorğuda iştirak edən respodentlərin də dediyindən aydın olur ki, əlilliyin müəyyən edilməsində hələ də ciddi problemlər qalmaqdadır. Bu istər əlilliyin müəyyən edilməsində, istərsə də müraciət edən vətəndaşa cavab verilməməsində, o cümlədən qanunvericiliiyn düzgün tətəbiq edilməsində və digər məsələlərdə özünü göstərir.

 

Birliyin apardığı tədqiqat nəticəsində əlilliyin müəyyən edilməsindəki mövcud vəziyyət aşağıdakı kimi qiymətləndirilib:

 

1.Yeni Qaydada əlillik dərəcəsinin təyini üçün meyarlar əvvəlki ilə müqayisədə daha dəqiqdir. Bu qaydalar yalnız orqanizmin funksiyasının deyil, həyat fəaliyyətinin də məhdudluğunu nəzərə alır;

 

2.Bir neçə xəstəlik və funksional pozunutunun nəzərə alınmasına imkan verir, halbuki köhnə qaydada yalnız bir hala görə təyinat aparılırdı;

 

3.Hazırkı qaydalar əlilliyi təyin edən orqana son qərarın qəbulu üçün daha geniş imkanlar verib;

 

4.Qaydalarda qeyri-müəyyənlik var. Məsələn, əlillik təyininə imkan verən bir neçə yanaşı hal olduqda onlardan yalnız birinə, yoxsa ayrı-ayrılıqda hər birinə görə 10% əlavə nəzərdə tutulduğu aydın hüquqi dildə yazılmayıb;

 

5.Ən ciddi problemlər Forma 88 adlanan tibbi göndəriş sənədinin doldurulduğu ilkin səhiyyə müəssisələrində baş verir. Belə ki, bir çox hallarda yeni xəstəlik təsnifatına uyğun xəstəliklərin təyin edilməsilə bağlı ilkin səhiyyə müəssisələrində həkimlərin bir çoxunun bilik və bacarıqları, məlumatlılıq səviyyəsi yetərli deyil. Yanaşı xəstəliklərlə labaratoriya analizlərinin nəticələri barədə məlumatların yanlış və tam doldurulması halları daha geniş yayılıb. Bu səbəblərdən forma 88 yanlış doldurulur və nəticədə tibbi-sosial ekspert komissiyalarında da əlilliyin təyinilə bağlı son qərarın qəbulu zamanı problemlər, əlavə araşdırmalara ehtiyac yaranır. Bir sözlə yeni sistem tətbiq edilsə də, onun tələblərinə uyğun mütəxəssis korpusunun yaradılması tam təmin edilməyib. Göndərişlərin verilməsinə məsul həkim komissiyaları üçün intensiv təlimlərin təşkilinə ehtiyac var. Xüsusilə də göndərişlərin natamam və ya yanlış doldurulması sıx təsadüf edilən həkimməsələhət komissiyaları aşkara çıxarılmalı, onların təlimlərə cəlbi prioritet olmalıdır;

 

6.Qaydalar və onun istinad etdiyi beynəlxalq təsnifat sistemi müəyyən qədər mürəkkəbdir, bu səbəbdən həkimlərin və hüquqşünasların iştirakı ilə bu sənədlərin aydın izahına dair bələdçinin hazırlanmasına ehtiyac var;

 

7.Prosesdə şəffalıq təmin edilmir. Məsələn, Tibbi-Sosial Ekspert Komissiyaları qəbul edilən qərarla bağlı yekun sənədi vətəndaşa vermir ki, ilkin səhiyyə məntəqəsində Forma 88-in doldurulması zamanı hansı səhvlərə yol verildiyi barədə məlumat ala, bu səhvləri müstəqil araşdırmanın obyektinə çevirə bilsin. Öz növbəsində, imtinanın səbəblərinə və onların əsaslandırmasına, müraciətçinin sağlamlıq vəziyyətinin hansı meyarlara uyğun gəlmədiyinə dair yekun təfsilatlı qərar sənədi vətəndaşla paylaşılmır, yalnız bir cümlədən ibarət “Əlillik təyin edilmir” qeydi müraciət edən şəxsə ötürülür;

 

8.Qərar qəbul edən və şikayətlərə baxan orqan eynidir və maraqlar toqquşması baxımından prosesin effektivliyinin, şəffaflığının və etibarlılığının təmin edilməsi imkanlarını aşağı salır. Alternativ və müstəqil tibbi ekspertiza institutları olmadığı üçün məhkəmələr də şikayətləri yenidən qərarı qəbul edən quruma qaytarır ki, öz yanlış qərarlarını araşdır.

 

9.Bir çox hallarda xəstəxana bütün xəstəliklərə baxışı əhatə edə bilmədiyi üçün yanaşı xəstəliklərin daxil edilməməsi halları daha geniş yayılıb ki, bu da əlillik dərəcəsinin orqanizmin funksiyalarının real itirilmə səviyyəsinə uyğun təyin edilməsi imkanının qarşısını alır;

 

10.Yeni qaydalar da prosesdə insan amilinin rolunu azalda bilməyib, əksinə daha da artırıb ki, bu da qərar qəbulunda subyektivliyin aradan qaldırılması ilə bağlı imkanları azaldır;

 

11.Bəzi hallarda (məsələn, avtomobil üçün müraciət edildikdə) əlilliyin təyini üçün yenidən komissiya təşkil ediilir ki, bu yanlışdır. Çünki ya müddətli, ya da müddətsiz olaraq artıq əlillik təyinatı aparılıb və yeni müraciətlər həmin təyinatı hüquqi əsas kimi götürməlidir;

 

12.Ömürlük əlillik təyin edilmiş şəxs ümumiyyətlə yenidən müayinəyə çağrılmamalı və bu məqam qaydalarda əksini tapmalıdır.

 

Odur ki, müvafiq dövlət qurumları bu çatışmazlıqları, xüsusən də hesabatdakı tövsiyyələri nəzərə alıb problemləri aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir. Belə olarsa, o zaman əlilliyin müəyən edilməsi sahəsində şəffaflıq və əlçatnalıq təmin oluna bilər. Bu da nəticə etibarı ilə sosial ədaləti bərqərara olmasına gətirib çıxarar.

 

Hesabatla tam şəkildə aşağıdakı linkə daxil olaraq tanış olmaq olar:

 

https://destekci.az/7511-2/

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı