“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

18:01 16-03-2024 | icon 528 | Siyasət
“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

Təyyar Yəhyayev: “Ermənistan Qərbin istədiyi addımı atarsa, Rusiya ilə arasında ikinci münaqişə başlaya bilər”

 

“Fransanın və digər ermənipərəst dövlətlərin qərəzli mövqelərinə baxmayaraq Azərbaycan beynəlxalq hüquq normalarını əsas götürərək bütün istəklərinə nail olacaq. İnanıram ki, 2024-cü ildə Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin açılması həyata keçiriləcək. Ermənistanın cəfəng iddialarına rəğmən Azərbaycan bütün beynəlxalq hüquq normaları əsas götürərək məqsədinə nail olacaq”.

 

Versus.Az xəbər verir ki, bu barədə “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin sədr müavini, siyasi ekspert Təyyar Yəhyayev Qərbin, Avropanın Ermənistan üzərindən Azərbaycana qarşı qərəzlı çıxışları və çabalarının arxasında dayanan maraqlarla bağlı şərhində bildirib.

 

T.Yəhyayev qeyd edib ki, 2020-ci il 27 sentyabrda Azərbaycan ordusu Ermənistanın təcavüzünə qarşı əks hücuma başlayaraq ərazilərimizi azad etdikdən sonra erməni lobbisinin daha güclü olduğu dövlətlərin qərəzli, revanşist mövqeləri daha da üzə çıxdı. Və burada Fransa qərəzli mövqeyi ilə liderliyini saxlayır.

 

T.Yəhyayev Azərbaycan prezidenti İlham Əliyevin XI Global Bakı Forumunda etdiyi çıxışına diqqət çəkib:

 

“Prezident bildirdi ki, uzun illərdir Azərbaycanla Fransa arasında çox geniş iqtisadi-siyasi əlaqələr mövcuddur və gündən-günə də bu əlaqələr inkişaf edib. Fransanın 13 şəhəri Azərbaycanla qardaşlamış şəhərlər elan olunmuşdu. Azərbaycan zəfər çalıb, öz ərazi bütövlüyünü bərpa edəndən sonra Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi gündən-günə artıb, Azərbaycana qarşı sanksiyaların olması ilə bağlı beynəlxalq təşkilatlarda müraciət edib. Amma bütün cəhdlərə baxmayaraq Fransa buna nail olmayıb. Çünki Azərbaycanın apardığı iş haqq işidir, Azərbaycan öz ərazisini işğaldan azad etmişdir və bütün beynəlxalq hüquq normalarına tam əməl edib. Fransanın Azərbaycana qarşı qərəzli fikirləri isə beynəlxalq hüquq formalarına ziddir. Ona görə də BMT-də və Avropa İttifaqında dəfələrlə cəhd etsə də, hər bir cəhdi uğursuz alınmışdı. Bu uğursuzluğa görə bir növ qisas almaq məqsədilə qardaşlaşmış elan olunmuş şəhərlərdən birində Azərbaycanın görkəmli şairi Natəvanın heykəlinə qarşı vandallıq aktı həyata keçiriblər. Prezident bütün bunları Forum iştirakçılarının diqqətinə faktlarla çatdırdı”.

 

T.Yəhyayev Prezidentin eyni zamanda 2023-cü il 19 sentyabrda heçirilən antiterror əməliyyatları haqqında Forum iştirakçılarını məlumatlandırdığını qeyd edib:

 

“Ermənistan baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, eyni zamanda da Xankəndidə, Xocalıda və digər yaşayış məntəqələrində olan separatçılarla danışıqlar aparır, onların orda növbəti prezident seçkiləri keçirməsi və Miatsum hərəkatının yaranması ilə bağlı təbriklər söyləyir. Bütün bunlar Paşinyanın əvvəl söylədiyi fikirlərlə tam ziddiyyət təşkil edir və gündən-günə separatçılar qeyri-qanuni silahlanaraq vəziyyəti daha da gərginləşdirməkdə davam edirdi. Ona görə də haqlı olaraq Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün antiterror əməliyyatı apardı”.

 

Ekspert Makron kimi siyasətçilərin Ukraynaya münasibətdə də qeyri-səmimi davranışlarına diqqət çəkib. O, bildirib ki, Makronun artıq üçüncü dəfə Ukraynaya səfəri təxirə salması qorxaqlığın bir nümunəsidir:

 

“Çünki dəfələrlə Ukraynaya silah-sursat verməyi vəd edən Fransa həmin silah-sursatı Fransaya verməmişdi. Eyni zamanda Fransa Rusiyadan da çox qorxur. Qorxur ki, Ukraynaya yardım edərsə, bu, Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olacaq. Bütün bunları nəzərə alaraq Makronun Ukraynaya getməyə üzü yoxdur”.

 

T.Yəhyayev daim demokratiyadan dəm vuran Qərbin öz maraqları naminə ölkələri qurban verməyə hər zaman hazır olduğunu vurğulayıb. O, bunun Ukrayna müharibəsi timsalında ortada olduğunu deyib. Bildirib ki, 2022-ci il fevralın 24-də Ukrayna Rusiya müharibəsi başlayanda Avropa və Amerika Ukraynanın yanında olduqlarını, hərbi silahlarla təmin edə biləcəkləri vədini versələr də, görünənlər başqanəsnələrdən xəbər verir:

 

“İki ildən artıqdır ki, müharibə gedir, son zamanlarda Rusiyanın bütün istiqamətlərdə irəliləməsi müşahidə olunur. Yəni Qərbi Ukrayna və Ukraynada yaşayanların taleyi heç vaxt maraqlandırmayıb, yalnız öz maraqları naminə hərəkət ediblər. Bu gün Ermənistanı da Ukraynanın gününə salmaq istəyirlər. Son zamanlar Ermənistana Avropa İttifaqına qəbul olması haqqında müraciətlər və Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər. Əgər Ermənistan Qərbin istədiyi addımları atarsa, Ermənistanla Rusiya arasında ikinci bir münaqişənin başlamasına səbəb olacaq. Qərb Ermənistanda bu münaqişəni başlatmaqla Rusiyanı Ukraynadan yayındırmaq istəyir”.

 

Ekspert bütün bunlarla yanaşı hesab edir ki, son zamanlar Ukrayna ilə müharibədə Rusiyanın irəliləməsi bu fikirləri boşa çıxarmış görünür:

 

“Bununla yanaşı, Ukrayna Rusiyanın bir neçə şəhərlərini vurmağa başlayıb. Bu da ondan irəli gəlir ki, artıq Qərb və Avropa Ukraynaya silah idxalından yayınır. Sanki Rusiyanın öz təhlükəsizliyini və suverenliyini qorumaq üçün nüvə silahından istifədə etmə ehtimalı güclənir. Çox güman ki, 2024-cü ildə Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə edə bilər. Əgər bu baş verərsə, artıq Rusiyanın daha da irəliləyərək Ukraynanın məhvinə, Rusiyanın tərkibinə daxil edilməsinə gətirib çıxara bilər. Yəni bunlar baş verərsə, Rusiya tarixi torpaqları haqqında yəqin ki, fikirləşəcək, əhatə dairəsi genişlənərək Polşa sərhədlərinə də gedib çıxa bilər. Rusiya o zaman Polşa və Fillandiyanın da Rusiyanın tərkibinə qatılmasını fikirləşə bilər”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“ABŞ-ın Azərbaycana qarşı yumşalmalarının arxasında bəd niyyət varsa…”

Azərbaycan-İran birgə layihələrindən GÖZLƏNTİLƏRİMİZ

“Revanşist qüvvələr buna maneə olmağa çalışır"

Nə qədər qəribə səslənir: YAS YERİNDƏ YEMƏK...

3 saylı internat məktəbinin direktorundan ŞİKAYƏT VAR

Xalq arasında “duzların yığılması” dediyimiz OSTEOXONDROZ

"İki dövlət bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir"

“Qarabağın Rəngləri” layihəsinin QALA GECƏSİ

Azərbaycana maraq getdikcə daha da artır

Əfv Komissiyasının iclasları başa çatdı

Paşinyan kilsəyə qarşı

Aİ İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRƏCƏK

"Bu cür elanlar mütləq şəkildə araşdırılmalıdır"

"Sanksiyalar da Rusiyanın dizini yerə gətirmədi"

Milli Məclisdən Klod Vislerə CAVAB