Türkiyədə dünyanın ən qədim çörəyi tapıldı

14:15 11-03-2024 | icon 376 | Maraqlı
Türkiyədə dünyanın ən qədim çörəyi tapıldı

Dünyanın ilk urbanizasiya yerlərindən biri olan Türkiyənin Çatalhöyük bölgəsində aparılan qazıntılar zamanı 8 600 illik çörək tapılıb.

 

Konya şəhərinin Çumra rayonunda yerləşən və Neolit dövründə təxminən səkkiz min insanın bir yerdə yaşadığı Çatalhöyükdə girişi yuxarıdan olan, bir-birilərinə bitişik kərpic evlərin olduğu “Mekan 66” adlı ərazidə soba aşkar edilib.

 

Əksər hissəsi dağıdılmış olan sobanın ətrafında buğda, arpa, noxud toxumu və qida ola biləcəyi ehtimal edilən ovuc içi böyüklüyündə tapıntıya rast gəlinib. Aparılan analizlər nəticəsində tapıntının eramızdan əvvəl 6600-cü ilə aid olan mayalı çörək olduğu müəyyən edilib.

 

Bununla bağlı açıqlama verən türkiyəli mütəxəssis Ali Umut Türkcanın sözlərinə görə, indiyədək belə bir nümunəyə rastlanmayıb.

 

“Çatalhöyükdəki bu tapıntının dünyanın ən qədim çörəyi olduğunu söyləyə bilərik. Bu orqanik qalıqla bağlı aparılan müşahidələr, təhlillər və müəyyən edilən tarix nəzərə alınarsa, onun təxminən 8 600 illik bir çörək olduğunu deyə bilərik. Ortasına barmaq sıxılıb, sobaya verilməyib amma mayalanıb, tərkibindəki nişastalarla bu günə qədər gəlib çatıb. Bu günə qədər belə bir nümunə olmayıb”, - deyə o qeyd edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı