Mədə və həzm sistemi xəstəliklərində nəyə diqqət etməli?

16:19 11-03-2024 | icon 436 | Sağlamlıq
Mədə və həzm sistemi xəstəliklərində nəyə diqqət etməli?

Nərminə Abbasova: “Həkim tövsiyəsi olmadan dərman qəbulundən çəkinməyi tövsiyə edirəm”

 

Mədə və həzm sistemi xəstəliklərinə ilin bütün fəsillərində sıx rast gəlinir. Havalar soyuduqca isə bu şikayətlərin artdığını müşahidə edirik. İlk növbədə hava soyuduqca mədənin turşu ifrazi artır.

 

Mövzu ilə bağlı Versus.Az-ın oxucularını MayoMed Klinikasının baş həkimi, terapevt Nərminə Abbasova məlumatlandırdı.

 

Həkim bildirdi ki, soyuq hava insan üçün stres faktorlarından biridir. Həkimin fikrincə, bir digər səbəb isə qışda insanların turşu tutmalarından çox istifadə etməsidir:

 

 

“Duzlu qidaların qəbulu mədəyə qıcıqlandırıcı təsir göstərir. Bu da öz növbəsində reaktiv qastritlərə səbəb olur. Mədə xəstəliyindən əziyyət çəkən xronik qastrit xəstələrinə duzlu turşulardan uzaq durmağı tövsiyə edirik. Konservləşdirilmiş, duzlu və marinə olunmuş qidalar eyni zamanda öd daşı və öd xəstəliyi olan insanlar üçün də ciddi tətikləyici səbəblər sırasındadır. Bu qidaların qəbulu həmin insanlar üçün ağrıların artmasına və xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Eyni zamanda qış fəslində axşam saatlarında yeyilən daha çox xəmir yeməklərini istifadəsinin artması və fiziki aktivliyin azalması da bu problemlərin tez-tez rast gəlinməsinə gətirib çıxarır”.

 

Ailə həkimi vurğuladı ki, bayramla əlaqəli insanların qidalanma tərzi hər zaman qarışır:

 

“Qidaların qarışdırılması, artıq miqdarda qəbulu və alkoqolun istifadəsi bayramdan sonra mədə-bağırsaq şikayəti ilə müraciət edən xəstələrin sayının artmasına səbəb olur. Kəskin mədə ağrıları, mədə xorası, eroziyalar, öd daşı tutmaları, mədəaltı vəzi iltihabları, alkoqola bağlı mədə zədələnmələri, qaraciyərin zədələnmələri şikayətlərinə daha çox rast gəlirik. Bu səbəbdən vətəndaşları bayram süfrələrində qida qəbuluna diqqət etmələrini tövsiyə edirəm”.

 

Mədənin insanın əsas həzm aparatı olduğunu qeyd edən həkim mədə xəstəliklərinin tətikləyici səbəblərinə diqqət çəkdi:

 

“Qida ilə orqanizmimizə bir çox mikroblar daxil olur. Məhz mədənin turşuluğu, əridici gücü sayəsində zərərverici mikroblar məhv edilir. Mədə xəstəliklərinin səbəbləri dedikdə ilk növbədə həyat tərzini qeyd etmək istərdim. Ət məhsullarının istifadəsi ölkəmizdə daha çoxdur. Aparılmış elmi tədqiqatlar göstərir ki, meyvə-tərəvəzlə qidalanan insanlarda mədə-bağırsaq xərçənginin riski ət məhsulları ilə qidalanan insanlara nisbətdə dəfələrlə az olur. Bir digər faktor isə budur ki, acqarına alkoqol, tütün, energetik içikilərin qəbulu, yuxu rejiminin pozulması insanlarda mədənin əsas xəstəliklərinə səbəb olur. Əsasən də reflüks şikayətinin artmasına səbəb olur”.

 

Ailə həkimi bildirdi ki, bir digər əsas məsələ nəzarətsiz dərman qəbuludur. Onun sözlərinə görə, xəstələr həkim nəzarəti olmadan bir çox dərmanları miqdarından çox istifadə edirlər:

 

 

“Məsələn, bunlara ən çox ağrikəsiciləri misal göstərmək olar. Orqanizmdə olan ağrını müvəqqəti saxlamaq üçün hətta həftələrlə qəbul edilən bu dərmanlar çox ağır nəticələrə gətirib çıxarda bilir. Təcrübəmizdə ağrıkəsicilərin yüksək dozada və uzun müddətli qəbulu mədə-bağırsaq qanamalarına səbəb olan pasientlərimiz olub. Bu səbədən oxucucularımıza həkim tövsiyəsi olmadan dərman qəbulundən çəkinmələrini tövsiyə edirəm”.

 

Qastrit, xoralar və reflü kimi xəstəliklərin ən çox görülən həzm problemlərindən olduğunu vurğulayan N.Abbasova bildirdi ki, bu problemlərin yaranmasına həzm sistemini qoruyan maneə qatının bütövlüyünün pozulması səbəb olur. Onun sözlərinə görə, mədə qatının korlanmasında allergenlər səbəbindən turşu ifrazının artması, konservləşdirilmiş məhsulların və çirkli suların istehlakı, mədədə olan helikobakter pilori mikrobu böyük rol oynayır:

 

“Vətəndaşlarımızı məlumatlandırmalıyıq ki, əgər mədə-bağırsaq şikayətləri varsa və bu proses bir aya yaxın davam edirsə, o təqdirdə mütəxəssis həkimə müraciət etmək mütləqdir. Çünki həkim məsləhəti və tövsiyəsi olmadan dərman qəbul edilərsə, mədə xəstəlikləri üçün bir zəmin hazırlanır demək. Mədə-bağırsaq xəstəliklərinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, onlar qarşısı alınan xəstəliklərdir. Yəni profilaktikası ən işlək olan xəstəliklər sırasında məhz mədə-bağırsaq xəstəliklərdir. Mədə-bağırsaq traktının ən ciddi xəstəliyi olan mədə-bağırsaq xərçənginin erkən endoskopik müayinələr (erkən dövrdə aşkarlamaq) əsasında qarşısını almaq mümkündür”.

 

Nərminə xanım onu da qeyd etdi ki, normal yuxu, sağlam qidalanma və erkən müayinələr sayəsində insanların ömrünü uzatmaq olar və xəstələnmə hallarının qarşısını ciddi şəkildə almaq mümkündür.

 

 

QEYD:



Ailə həkimi Nərminə Abbasova Mədə və həzm sistemi xəstəliklərindən şikayəti olan hər kəsi rəhbəri olduğu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaq.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.



PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI