Bağça müdiri oğurluğa görə SAXLANILDI

18:38 12-03-2024 | icon 254 | Təhsil
Bağça müdiri oğurluğa görə SAXLANILDI

Ağdam rayonundakı uşaq bağçalarından birinin müdiri oğurluq etdiyinə görə saxlanılıb.

 

“Qaynarinfo”nun məlumatına görə, 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

 

Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün Bakı şəhərinə gəlib. Arzu Ağayeva maddi sıxıntıları olduğu üçün xəstə baxıcısı kimi müvəqqəti işləməyə qərar verib. O, Elmira adlı qadınla razılaşaraq, 700 manat qarşılığında evində baxıcı kimi işləyib. Arzu Ağayeva Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binada Elmiranın evində işlədiyi bir aya yaxın müddətdə 3700 manat dəyərində qızıl-zinət əşyalarını, əmlakı oğurlayıb. Həmçinin ev sahibinin təqaüd kartından 925 manat pulu da çıxarıb.

 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzaçəkmə müddətində ona Ağdam rayonunun ərazi hüdudlarını, həmçinin yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı