“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

20:07 13-03-2024 | icon 367 | Sosial
“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Bir neçə ildir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin inşa etdirdiyi Nəqliyyat Mübadilə Mərkəzi var. Burada sərnişinlərin avtobuslara minib-düşməsi rahatlaşdırılıb və mərkəzləşdirilib.

 

Avtosfer.az-ın məlumatına görə, yaxın vaxtlarda metronun “Koroğlu” stansiyasının genişləndirilməsi nəzərdə tutulur ki, bu zaman həmin mərkəzin sökülməsi baş verəcək.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, stansiyaların yeri konseptual inkişaf sxemi təsdiq olunduqdan sonra əsas istiqamətlər üzrə bəllidir. Xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi metronun “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər üç yeni stansiyanın inşası nəzərdə tutulub:

 

“Sizin genişləndirmə dediyiniz də məhz yaşıl xətt üzərində “Koroğlu”ya keçid olacaq bir stansiyanın inşasını nəzərdə tutur. Layihə əsasında həmin stansiyanın yeri bu gün “Koroğlu” stansiyasının üzərində olan Nəqliyyat Mübadilə Mərkəzinə düşür. Lakin onu xüsusi qeyd edim ki, real layihələrin həyata keçirilməsinə başlandıqda stansiyanın yeri ilə bağlı dəqiqləşmə işləri aparılacaq. Bu məsələyə qarşıdakı dövrdə baxılacaq. Amma tam razıyam ki, “Koroğlu NMM”in yerləşmə yeri təxminən həmin stansiyanın inşaat meydançasına düşür. Narahat olmağa ehtiyac yoxdur. Qarşıdakı yeni inşaat prosesi başlanan dövrdə bu məsələ müsbət həllini tapacaq. Bundan hər hansı bir ictimai nəqliyyatdan istifadə edən insanlar zərər görməyəcəklər”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI