Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

18:57 15-03-2024 | icon 535 | Siyasət
Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

Könül İsmayılova: “Forumda Beynəlxaq birliyin diqqəti baş verən haqsızlıqlara yönəldildi”

 

“Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi. Onun çıxışı dünya mediasında tirajlanmaqdadır. Məqalə başlıqlarında isə Azərbaycan prezidentinin çıxışından sitatlar önə çəkilir...”

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

K.İsmayılova Qlobal Bakı Forumunun artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü beynəlxalq diskussiya platformasına çevrildiyini qeyd edib:

 

“Forumda nümayəndələrin iştirak sayına, ölkələrin təmsilçiliyinə, iştirak edənlərin nüfuzuna və eləcə də müzakirə olunan məsələlərin mövzularına baxdıqda görürük ki, Bakı Forumu ciddilik baxımından nə Davos Dünya İqtisadi Forumundan, nə də Münxen Təhlükəsizlik Konfransından heç də geri qalmır. Qeyd edim ki, dünyanın 70 ölkəsindən 400-ə yaxın nümayəndənin, tanınmış siyasi, mədəniyyət, elm xadimlərinin iştirak etdiyi, 40-dan çox sabiq prezident və Baş nazirin qatıldığı Forumu əhəmiyyətli edən cənab İlham Əliyevin ənənvi olaraq bu forumlarda iştirakı və çoxsaylı sualları cavablandırmasıdır”.

 

K.İsmayılova Prezident İ.Əliyevin çıxışındakı önəmli məqamlara diqqət çəkdi:

 

“Önəmli məqamlardan biri regiondakı geosiyasi dəyişikliklərlə bağlı oldu. Bu faktdır ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası regionumuzda geosiyasi vəziyyəti kökündən dəyişib. Ümumiyyətlə son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil, bunun artıq çox müsbət təsiri var. Təbii ki, söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir.

Ölkə başçımızın çıxışında verilən digər vacib mesaj Fransa-Azərbaycan münasibətləri ilə bağlı oldu. Cənab İlham Əliyev 1990-cı illərin əvvəllərində ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırlatdı. Prezdent İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına Parisin reaksiyasının qeyri-adekvat olduğunu qeyd etdi. O, eyni zamanda Forum iştirakçılarını beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri, Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumatlandırdı”.

 

K.İsmayılovanın sözlərinə görə, Azərbaycan Prezidentinin XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirakçılara verdiyi məlumatlar beynəlxaq birliyin diqqətini baş verən haqsızlıqlara yönəltmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI