“WhatsApp”a yeni funksiya gəlir

08:44 16-03-2024 | icon 422 | Maraqlı
“WhatsApp”a yeni funksiya gəlir

“WhatsApp” tərtibatçıları biometrika və paroldan istifadə edərək tətbiqin bloklanması funksiyasını messencerə əlavə etməyi planlaşdırırlar.

 

Bu barədə “WABetaInfo” portalı məlumat verib.

 

Mənbənin sözlərinə görə, barmaq izi, üz cizgilərinin tanınması və ya paroldan istifadə edərək tətbiqin bloklanmasına imkan verən yenilik “WhatsApp”ın 2.24.6.20 “Android” versiyalarının bəzi beta-testerlərində artıq işləkdir.  

 

Qeyd olunub ki, əvvəllər tətbiqi yalnız biometrik parametrlərdən istifadə etməklə bloklamaq mümkün idi ki, bu da cihazlarında müvafiq sensorlar olmayan və ya digər qorunma üsullarına üstünlük verənlərin imkanlarını məhdudlaşdırırdı. Bundan əlavə, qışda barmaq izi kilidi qoyan istifadəçilər naməlum xəta səbəbindən “WhatsApp”a daxil ola bilmirdilər və parol seçə bilmələri isə onları bu narahatlıqdan xilas edə bilərdi.

 

Hazırda funksiya məhdud sayda tester üçün əlçatandır. Tətbiqin daha geniş auditoriyaya nə vaxt təqdim olunacağı barədə məlumat verilmir.

 

“WABetaInfo” portalı hələ ki istifadəçilərə ən son beta versiyasını aktivləşdirməyi tövsiyə etmir, çünki bəzi istifadəçilər proqramın heç bir səbəb olmadan daim qeyri-aktiv olmasından şikayətləniblər.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI