"XI Qlobal Bakı Forumunda dünyanı narahat edən problemlərə toxunuldu"

14:22 16-03-2024 | icon 375 | Siyasət
"XI Qlobal Bakı Forumunda dünyanı narahat edən problemlərə toxunuldu"

Kamilə Əliyeva: "Fransanın düşmənçilik siyasətinə baxmayaraq, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artır"

 

"Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir. Bu tədbirlər bəşəriyyəti narahat edən problemlərə həsr edilir və həll yolları müzakirə olunur".

 

Bunu Versus.Az-a Azərbaycan Prezidentinin XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə Bakıda "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu öz işinə başladığını vurğulayan K.Əliyeva qeyd edib ki, Qlobal Bakı Forumu dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə bir sırada dayanır:

 

"Hər il olduğu kimi budəfəki Forumda da dünyanı narahat edən problemlərə toxunuldu. Forumda Prezident cənab İlham Əliyev hələ də dünyada ikili standartların mövcudluğu, 30 ildən çoxdur Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi, Fransanın ölkəmizə qarşı apardığı düşmənçilik və vandalizm hərəkətləri, eləcə də bu gün beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzu barədə çıxış etdi. Qeyd edim ki, XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonağın iştirak etməsi Forumun böyük nüfuza malik olmasının sübutudur.
Son dövrlər müasir dünyada mürəkkəb qeosiyasi vəziyyət hökm sürür, dövlətlər arasında böyük müharibələr gedir, yeni qarşıdurma ocaqları meydana çıxır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzin üzvü olan və dünyada tanınmış və nüfuzlu siyasətçilərin təcrübəsi, biliyi bu problemlərdən çıxış yolunun tapılmasında mühüm rol oynaya bilər".

 

Ölkə başçısının son bir il ərzində regionda baş verən dəyişikliklər, eləcə də bu müddətdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Azərbaycanla Ermənistan arasında müharibənin baş vermə səbəbləri və bu gün də iki dövlət arasında sülh sazışının imzalanmasında Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ilə bağlı qonaqlara verdiyi məlumatlara diqqət çəkən deputat bildirdi ki, 30 il Azərbaycan torpaqlarını Ermənistanın işğalda saxlamasına bəzi beynəlxalq təşkilatlar və dövlətlər də yardımçı olmuşdular:

 

"ATƏT-in Minsk qrupu 28 il ərzində yalnız Ermənistanın işğalçılıq siyasətinə don qeyindirməyə çalışırdı. Minsk qrupunun və Fransanın Ermənistana dəstək verməsi bu ölkənin Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməsinə və təxribat xarakterli bəyanatlar səsləndirməsinə rəvac verirdi. Bütün bu təzyiq və təxribatlara baxmayaraq Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdi və 2023-cü ildə 23 saat davam edən antiterror tədbirlərindən sonra Azərbaycan suverenliyini tam bərpa etdi. Lakin Fransa hər zaman Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına bütün vasitələrlə mane olmağa cəhd edir. Azərbaycanın uğurunu, qələbəsini həzm edə bilməyən Fransa 5 dəfə BMT TŞ da Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə cəhd göstərdi. Siyasi arenada hər dəfə Azərbaycana məğlub olan Fransa, Azərbaycan şairi Natavanın Eviyan şəhərində ucaldılmış heykəlinə qarşı vandalizm hərəkətləri törətdi. Bu Makron hakimiyyətinin Azərbaycan dövləti qarşısında acizliyinin nümunəsidir".

 

K.Əliyeva bildirib ki, Fransanın Azərbaycana qarşı yönəltdiyi bu cür düşmənçilik siyasətinə baxmayaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artır:

 

"Dünya dövlətləri COP-29 kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsinin lehinə yekdilliklə səs verdilər. Azərbaycanın həyata keçirdiyi layihələr bəşəriyyətin üzləşdiyi problemlərin həllinə xidmət edir".

 

T.Qafarlı
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

Avtomatı gözübağlı söküb-yığan məktəbli qız

İran XİN Brüssel görüşünə münasibət bildirib

67 illik dillərdə dastan sevgi hekayəsi

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb