Ermənistanın məkrli siyasəti ifşa olundu

21:30 16-03-2024 | icon 399 | Dünya
Ermənistanın məkrli siyasəti ifşa olundu

ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin direktoru Cim O'Brayen Vaşinqtonun Ermənistanı Rusiyaya sanksiyalardan yayınmağa kömək göstərən ölkələrdən hesab etdiyini bildirib.

 

Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Avropanın populyar media platforması “Modern Diplomacy”də dərc olunmuş “Rusiyanın ağır sanksiyalardan yayınması” sərlövhəli məqaləsində yazıb.

 

Qeyd olunub ki, Ermənistanın iqtisadiyyat nazirinin müavini Vahan Sirunyan 2023-cü ilin 9 ayından artıq bir müddət ərzində Ermənistandan Rusiyaya mal ixracının 85 faiz artdığını, bunun 80 faizinin təkrar ixracın payına düşdüyünü etiraf edib. Ukraynada müharibə başlayandan Ermənistanın xarici ticarət dövriyyəsinin 69 faiz artdığını vurğulayan Amerikanın Ceymstaun Fondu sanksiyaya məruz qalan məhsulların Ermənistandan Rusiyaya təkrar ixracı ilə bağlı xəbərdarlıq edib.

 

Məqalə müəllifi diqqətə çatdırıb ki, son vaxtlar Ermənistanın təkrar ixrac problemi təkcə siyasətçilər, beyin mərkəzləri və aparıcı iqtisadçılar tərəfindən deyil, beynəlxalq media tərəfindən də qeyd olunur. Belə ki 2022-ci ilin martında, Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından bir ay sonra Kanadanın “Geopolitical Monitor” analitik saytı “Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etmək üçün ən yaxşı mövqeyə malik ölkə olduğunu” yazıb. Habelə 2023-cü ilin martında Ukraynanın “Unian” xəbər saytı yazıb ki, “Ermənistan ruslar üçün iqtisadi dayağa çevrilir, Rusiya bazarına sanksiyalar altında olan mal və silahları tədarük etməklə Moskvanın problemlərini həll edir”. Bolqarıstanın “Fakti” xəbər şəbəkəsinə görə, “Rusiya Aİ, ABŞ və Böyük Britaniyanın qonşu ölkələr, xüsusilə Ermənistan vasitəsilə tətbiq etdiyi sanksiyalar və embarqolardan yan keçir”.

 

2022-ci ildə Ermənistanın ümumi daxili məhsulu görünməmiş 14,2 faiz artığına diqqət çəkilən yazıda Britaniyanın “Teleqraf” qəzetinin məsələyə münasibəti əks olunub: “Ən məntiqsiz şey Ermənistanın iqtisadi artımıdır ki, bu da onu dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında üçüncü yerə namizəd edir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“ABŞ-ın Azərbaycana qarşı yumşalmalarının arxasında bəd niyyət varsa…”

Azərbaycan-İran birgə layihələrindən GÖZLƏNTİLƏRİMİZ

“Revanşist qüvvələr buna maneə olmağa çalışır"

Nə qədər qəribə səslənir: YAS YERİNDƏ YEMƏK...

3 saylı internat məktəbinin direktorundan ŞİKAYƏT VAR

Xalq arasında “duzların yığılması” dediyimiz OSTEOXONDROZ

"İki dövlət bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir"

“Qarabağın Rəngləri” layihəsinin QALA GECƏSİ

Azərbaycana maraq getdikcə daha da artır

Əfv Komissiyasının iclasları başa çatdı

Paşinyan kilsəyə qarşı

Aİ İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRƏCƏK

"Bu cür elanlar mütləq şəkildə araşdırılmalıdır"

"Sanksiyalar da Rusiyanın dizini yerə gətirmədi"

Milli Məclisdən Klod Vislerə CAVAB