Zamiq Füzulidə "Yuxu kimi arzu və gerçək" dedi

14:53 18-03-2024 | icon 479 | Şou-biznes
Zamiq Füzulidə "Yuxu kimi arzu və gerçək" dedi

 

Müğənni Zamiq Hüseynovun doğulduğu Füzuli şəhərində solo konserti baş tutub.

 

Versus.Az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilati dəstəyi və Zamiqin təşəbbüsü ilə açıq havada gerçəkləşən konsert proqramı xoş ab-havası ilə yadda qalıb.

 

Füzuli şəhər sakinləri musiqili gündə olduqca sevinib, müğənnini coşquyla qarşılayıb. Onlar pop ulduzun nəğmələrini onunla bərabər də canlı ifa edib. Sənətçi ard-arda sevilən ifalarını gələn qonaqlar üçün oxuyub, onlarla xüsusi dialoqda olub. Zamiq özəl gününü adəti üzrə "Qarabağ" mahnısı ilə yekunlaşdırıb.

 

Təəssüratlarını bölüşən Hüseynov, öncə belə gözəl günün təşkilatçılarına dərin təşəkkürünü bildirib:

 

"Öncə, əziyyəti keçən hər kəsə sonsuz məmnunluq hissi duyuram. Uzun illərdir sadəcə xəyal kimi arzumun gerçək olması məni olduqca xoşbəxt edib. Hisslərimi kəlimələrə sığdıra bilmirəm. FÜZULİ elində olub, doğma şəhər sakinləri ilə xoş vaxt keçirmək mənimçün olduqca qiymətli idi. Onlarla keçən xoş saatlar əbədi könlümə həkk olundu. Məhz Novruz Bayramı ərəfəsində keçən belə gözəl konsertimdən səmimi duyğularımla ayrıldım. Arzu edirəm ki, belə təşkilati işlər çox olsun. Sevə-sevə iştirak etməyə və onlar üçün nəğmələr ifa etməyə hər daim hazıram!"

 

Bu da Zamiqin uşaqlıq xəyalları. "Yuxu kimi arzu və gerçək olan duyğular... "!

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI