Muzeydə “İqrar Əliyev-100” - TƏDBİR

15:05 18-03-2024 | icon 374 | Cəmiyyət
Muzeydə “İqrar Əliyev-100” - TƏDBİR

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin tədqiqinə dəyərli elmi töhfələr vermiş, tarixçi-alim, akademik İqrar Əliyevin 100 illiyinə həsr olunmuş «Юго-запад Прикаспия в Древности и в Эпоху Средневековья» (“Cənub-Qərbi Xəzər Bölgəsi Qədimdə və Orta əsrlərdə”. İqrar Əliyev.Qoşqar Qoşqarlı) adlı kitabın təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyətindən və akademik İqrar Əliyevin Azərbaycan tarix elminin inkişafındakı xidmətlərindən danışıb.

 

Sözügedən kitabın tərtibçisi t.ü.f.d. Qoşqar Qoşqarlı 1986-1992-ci illər ərzində apardıqları arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş çoxsaylı artefaktların elmi təhlilinin nəticəsi olaraq ərsəyə gələn kitabda qeyd olunan maraqlı məqamları qonaqların diqqətinə çatdırıb. O, həmçinin qeyd edib ki, “əsərdə son tunc-erkən dəmir dövrlərində Muğan düzü, Lənkəran ovalığı və Talış dağlarının maddi mədəniyyətinin ümumiliyi haqqında elmi sübutlar verilir:

 

"Kitabda Azərbaycanın cənub-şərq zonasının son paleolit dövründən son orta əsrlərə qədər bütün arxeoloji abidələri nəzərə alınmışdır ki, bu da həmin zonanın göstərilən dövrdə müfəssəl arxeoloji xəritəsini yaratmağa imkan yaradır. Kitabda Lerik rayonunun Buzeyir kəndi yaxınlığındakı ibtidai insanın mağara yerlərindən, talış xalqının etnik tarixi baxımından mühüm rolu olmuş irandilli tayfaların miqrasiya məsələsindən də bəhs edilir”.

 

Akademik İqrar Əliyevin tələbəsi olmuş t.ü.f.d. Nigar Maksvell isə alimlə bağlı öz xatirələrini bölüşüb.

 

Sonda müxtəlif müəssisələrdən olan elm adamları və ictimaiyyət nümayəndələri akademik İqrar Əliyevin əziz xatirəsinə, 100 illiyinə həsr olunmuş kitabın ərsəyə gəlmə təşəbbüsünü yüksək qiymətləndirərək, alimin elmi fəaliyyəti haqqında çıxış edib.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI