“Azərbaycan-Gürcüstan həmrəyliyi beynəlxalq təşkilatlarda da nümayiş etdirilir”

15:42 18-03-2024 | icon 392 | Siyasət
“Azərbaycan-Gürcüstan həmrəyliyi beynəlxalq təşkilatlarda da nümayiş etdirilir”

Könül İsmayılova: “Ölkələrimiz bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığını dəstəkləyən bəyanatlarla çıxış edir”

 

Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanda rəsmi səfərdə olub. Onun Baş nazir seçildikdən qısa müddət sonra Azərbaycana səfər etməsi dostluq münasibətlərinin nümunəsidir. Prezident İlham Əliyev İrakli Kobaxidzenin bu səfəri ilə əlaqədar mətbuatda bəyanatla çıxış edib. Ölkə başçısı çıxışında ölkələrimiz arasındakı dostluq əlaqələri və bütün sahələr üzrə əməkdaşlıqlardan, gələcəkdə münasibətlərin daha da dərinləşməsindən danışdı”.

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin İrakli Kobaxidzenin səfəri ilə əlaqədar mətbuata bəyanatını şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Azərbaycan və Gürcüstan xalqlarının əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadıqlarını vurğulayan Könül İsmayılova qeyd edib ki, hər iki ölkə müstəqilliklərini bərpa etdikdən sonra bir-birinə dəstək göstərirlər:

 

“İki dövlət arasında dostluğun təməli ümummilli lider Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub. Bu gün bu dostluq əlaqələri Prezident İlham Əliyev və Gürcüstanın hökümət başçıları tərəfindən davam etdirilir. Azərbaycan və Gürcüstana qarşılıqlı səfərlər ediblər, ölkələr arasında siyasi və iqtisadi sahələri əhatə edən çox sayda sənəd imzalayıblar. Bizi Gürcüstanla birbirimizə bağlayan tarixi uğurlarımız var. Bakı-Tbilisi-Qars dəmir yol xətti Şərqlə Qərbi birləşdirən ən səmərəli nəqliyyat marşrutudur. Dəmir yolunun yükgötürmə qabiliyyəti bir milyon tondan beş milyon tona çatdırılması nəzərdə tutulub. Ümumiyyətlə, Azərbaycan və Gürcüstanın birgə reallaşdırdıqları iqtisadi layihələr bölgə dövlətləri ilə yanaşı Avrasiya üçün də çox əhəmiyyət kəsb edir. Üç ildən artıqdır ki, Azərbaycan qazı Gürcüstandan keçməklə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac edilir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 8 dövlətə qaz ixrac edir və yaxın vaxtlarda bu dövlətlərin sayı artacaq. Ölkə başçımızın da dediyi kimi, bunun üçün Azərbaycan dövlətinin kifayət qədər resursları var. Gürcüstanın geniş tranzit imkanları sayəsində və iki dövlət arasında mövcud dostluq münasibətləri bu cür layihələrin genişləndirilməsinə böyük zəmin yaradır.

Eyni zamanda, Azərbaycanda yaşıl enerji istehsalı sahəsində böyük işlər icra olunub ki, bu istiqamətdə də işlər davam etdirilir. Yaxın gələcəkdə Azərbaycanda istehsal olunacaq yaşıl enerji Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə Avropaya nəql olunacaq”.

 

K.İsmayılova bildirdi ki, siyasi sahədə də Azərbaycan və Gürcüstan arasında çox möhkəm dostluq əlaqələri mövcuddur:

 

“Ölkələrimiz bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığını dəstəkləyən bəyanatlarla çıxış edir, beynəlxalq təşkilatlarda həmrəylik nümayiş etdirirlər. Azərbaycan və Gürcüstan rəhbərlərinin dostluq münasibətləri iki dövlətin və xalqların da dostluq, qardaşlıq münasibətində olmalarına böyük töhfə verir. Bu birliklə Azərbaycan və Gürcüstan daha böyük uğurlar qazanacaq”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI