Muzeydə kitab TƏQDİMATI

18:36 18-03-2024 | icon 1000 | Ədəbiyyat
Muzeydə kitab TƏQDİMATI

“Mən, Bakı milyonçusu Tağıyevin qızıyam”


Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində tarix elmləri doktoru Fərhad Cabbarovun tərtibçisi olduğu “Mən, Bakı milyonçusu Tağıyevin qızıyam...” adlı kitabın təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, arxiv materialları əsasında tərtib olunmuş kitab Azərbaycanın tanınmış sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Sarayeva-Tağıyevanın atasının sovet dövründə qadağalara və təhriflərə məruz qalmış adının bərpası uğrunda mübarizəsindən bəhs edir.

 

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeyin H.Z.Tağıyev irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində gördüyü işlərdən bəhs etdi. O, yeni çapdan çıxmış kitabın H.Z.Tağıyevin və onun qızının xatirələrinin yaşadılması işində böyük töhfə olduğunu vurğuladı.

 

Kitabın müəllifi Fərhad Cabbarov öz çıxışında S.Sarayeva-Tağıyevanın həyatından, atasının layiqli adının bərpası yolunda üzləşdiyi çətinliklərdən danışdı. Onun sözlərinə görə H.Z.Tağıyevin ictimai və xeyriyyəçilik fəaliyyəti haqqında məlumatların toplanması və təbliği işində Sara xanımın müstəsna xidmətləri olmuşdur.

 

Tədbirdə çıxış edən tarixçi-alim Firdovsiyyə Əhmədova, ssenarist Müsəllim Həsənov, S.Sarayeva-Tağıyevanın nəticəsi Rixard Petrov kitabla bağlı fikirlərini bölüşdülər. Həmçinin, Sara xanımın Rusiyada yaşayan övladları Oleq və Lev Sarayevlər tədbirə videobağlantı ilə qoşularaq, kitabın müəllifinə öz minnətdarlıqlarını bildirdilər.

 

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI