YUXU

13:01 19-03-2024 | icon 370 | Maraqlı
YUXU

Başıma gələn bir olay yəqin ki, yumor hissi olanlara xoş gələcək

 

 

 

QƏZƏNFƏR HÜSEYNOV

 

(YUMOR)

 

Rəhmətlik Karetin (əsl adı Tariyel olsa da Laçında hamı ona Karet deyirdi) necə böyük yumor hissli, həm də hazırcavab olduğunu tanıyanlar, həm də mənim onun haqqında yazdığım statusları izləyənlər bilir.

 

Eşitdim ki, xəstəlik onu çox zəif salıb, son günlərini yaşayır. Getdim onu yoluxmağa, otağa girəndə onu yatan görüb, o biri otağa keçmək istəyəndə səsimdən ayılıb, zəif səslə dedi: Qəzənfər yaxın gəl, yaxşı ki, gəlmisən elə indicə səni yuxuda görürdüm...

Stul çəkib lap çarpayının yanında oturdum, həmişə olduğu kimi zarafatlaşdıq. Onunla həm yaxın qohum, həm də orta məktəbdən şagird yoldaşı idik.

 


"Karet, nə yuxu görürdün"- deyə, soruşdum.

 

Karet: yuxuda gördüm ki, ölmüşəm, Patamdar qəbirstanlında, böyük bir iclas zalındayıq, içəri də çox qələbəlikdir, əksəriyyəti da tanıdığım laçınlılardır, içəridə hamı bir-biri ilə gur səslə danışırdı. Qəflətən səs-küy kəsildi, yanımdakı tanımadığım kişi mənə dedi ki, yoldaş Cabbarov gəldi, dur ayağa (Muradxan Cabbarov 40 ilə qədər Laçın rayonuna rəhbərlik edib). Mən də hamı kimi qalxdım ayağa. Cabbarov xeyli danışdı, idarə müdirlərini ayağa durğuzub danlayırdı. Çox aradan sonra məni görüb, dedi: ə, Tariyel sən yenə işləmirsən, bekar-beytin küçələri ölçürsən? Dedim yoldaş Cabbarov, neyniyim, mənə iş verən var?

 

Cabbarov Laçında rayPO deyilən ticarət təşkilatının sədri işləmiş Sətdar müəllimə üzünü tutaraq dedi: neçə dəfə sənə demişəm ki, buna bir iş ver, niyə işlə təmin etməmisən?

Sətdar müəllim dedi yoldaş Cabbarov, bu özü gəlmir, bura indi gəlib. Baş üstə, iclasdan sonra gəlsin yanıma, elə bu gün də işlə təmin edərəm.

 

Sonra Cabbarov yenidən üzünü mənə tutub dedi: ə, Qəzənfər hardadır, o niyə gəlmir bura?
Dedim yoldaş Cabbarov, xeyli vaxtı onu görmürəm.

Cabbarov üstümə qışqırdı, ə otur aşağı, sən ancaq küçələrdə boş-boş gəzirsən, lazımlı adamları görmürsən.

 

Əl işarəsi ilə müavini Aydın Abbasovu yaxına çağırıb, uzun müddət Laçında məişət xidməti kombinatının müdiri vəzifəsində çalışmış Məhəmməd Salahovu soruşdu. Bu zaman lap arxa cərgədən Salahovun səsi gəldi. "Yoldaş Cabbarov, mən burdayam" deyib, Cabbarova lap yaxın gəldi.

 

Cabbarov ona belə bir tapşırıq verdi: - təcili geri qayıt, Qəzənfəri və Əliyev Cənnəti tap gətir, şəhərdə biabırçılıqdır, Cənnət hökmən burda olmalıdır, Qəzənfərə də denən burda bizə çox lazımdır.

 

Salahov dedi: baş üstə yoldaş Cabbarov, bu dəqiqə yola çıxaram, amma Qəzənfərə yaş fərqimizə görə çox əlaqəm olmayıb, onu çətin taparam, amma Cənnət gənclik dostumdur, narahat olmayın tapşırığınızı böyük məsuliyyətlə yerinə yetirəcəm...

 

Karetlə xeyli söhbət etdik, bir az da eyni açıldı... Xəstəlik onu əldən salmışdı, az müddət sonra Karet dünyasını dəyişdi. Allah rəhmət eləsin!

 

Aradan bir neçə gün keçmiş Cənnət Əliyevin kürəkəni, Laçında qonşumuz Fərhad Əliyevlə təsadüfən Bakıda bir məclisdə görüşdüm və Karetin yuxusunu ona danışdım. Fərhad da qayınatası Cənnəti yoluxmağa gedəndə Karetin yuxusunu olduğu kimi ona danışar.

Cənnət çox fikrə gedər, Fərhada deyər: Salahov Qəzənfəri çətin tapa, amma məni 100% tapacaq, mənim bütün sirrimi və olduğum yeri də dəqiq bilir...

 

Aradan heç bir həftə keçməmiş rəhmətlik Cənnət Əliyevin yas mərasimində Fərhad müəllim bu məsələni mənə danışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

Avtomatı gözübağlı söküb-yığan məktəbli qız

İran XİN Brüssel görüşünə münasibət bildirib

67 illik dillərdə dastan sevgi hekayəsi

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb