MHB-dən Novruz TƏBRİKİ

09:44 19-03-2024 | icon 398 | Cəmiyyət
MHB-dən Novruz TƏBRİKİ

Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, iclasda vətəndaşlardan Birliyə daxil olan müraciətlərə baxılaraq müvafiq təşkilatlara göndərilməsi barədə qərar verilib. İclasda təşkilatı məsələlərə də baxılıb.

 

Daha sonra Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik qəbul olunub.

 

Təbrikdə deyilir:

 

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayırıq.

Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.

 

Hörmətli həmvətənlər!

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirik. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI