Prezidentin Xankəndidə alovlandırdığı Novruz tonqalı ilə qoyulan NİDA

10:00 19-03-2024 | icon 438 | Siyasət
Prezidentin Xankəndidə alovlandırdığı Novruz tonqalı ilə qoyulan NİDA

Könül İsmayılova: “Ölkə başçısının çıxışı Ermənistanı məğlubiyyət gerçəkliyi ilə üz-üzə qoydu”

 

“Tarixi torpaqlarımız işğaldan azad ediləndən sonra xalqımızın ruhu o qədər təzələndi ki, ölkəmizin bölgələrində bayram əhval-ruhiyyəsində bu təzələnən ruh açıq-aşkar özünü büruzə verir. İndi nə torpaq həsrətimiz var, nə qaçqın və məcburi köçkünlərimiz var. Bu gün azad, müstəqil, suveren dövlətin xalqı kimi milli bayramlarımızı qeyd edirik”.

 

Versus.Az xəbər verir ki, bunu Novruz bayramı və Azərbaycan Prezidentinin Xankəndidə alovlandırdığı bayram tonqalı ətrafında etdiyi çıxışla bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

 

Könül İsmayılova Novruz bayramını fərqləndirən məqamlara diqqət çəkib:

 

“Novruz bayramını bütün bayramlardan fərqləndirən odur ki, bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. İnanclarla dolu bu bayramda xalqımız 30 il idi ki, hər dəfə “İnşallah gələn il öz yurdumuzda qeyd edək” diləyini diləyirdi. Şükürlər olsun ki, bu diləklər gerçəkləşdi. Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci ilin 21 martında bu bayramla bağlı dəyərli fikirləri vardı. O deyirdi ki, - “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Demək bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.” Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Onun rəhbərliyi altında ordumuz doğma torpaqlarımızı işğaldan azad etdi. Budur, artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik”.

 

Siyasətçi xanım vurğulayıb ki, Novruz həm də ölkəmizin siyasi proseslərində bayramlaşma təcrübəsinə səbəb olub:

 

“Novruz bayramı münasibətilə Prezident İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Düzdür, bəzi radikal partiya rəhbərləri bu prosesdə də humanist ola bilmirlər, amma siyasi arena onlardan ibarət olmadığı üçün bu o qədər də əhəmiyyət kəsb etmir”.

 

K.İsmayılova martın 18-də Azərbaycan Prezidentinin qürurla Xankəndidə bayram tonqalını alovlandırmasına və oradakı çıxışına da toxundu. Onun fikrincə, həmin tarixi anda bütün dünyanın gözləri mütləq və mütləq cənab Prezidentdə olub:

 

“Onun çıxışını mütləq və mütləq nəfəs almadan dinlədilər. Cənab prezidentin hər kəlməsini mesaj olaraq qəbullandıqları şübhəsizdir. Cənab prezident dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında alovlandırır. O, bu Novruz tonqalını Xankəndidə alovlandırmaqla demək olar ki, Qarabağ məsələsində nida işarəsini qoydu”.

 

K.İsmayılova bildirdi ki, ölkə başçısının çıxışında bir məqam Ermənistanı, onun himayədarlarını, separatçıları artıq tamamilə məğlub olduqları gerçəkliyi ilə üz-üzə qoyub:

 

“Cənab prezident dedi: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”. Prezidentin bu sözləri elə dünyaya da bir mesaj oldu.

Mən xalqımızı tam suveren bir ölkənin nümayəndəsi olaraq ürəkdən təbrik edirəm. Fikrimi ümummilli liderimizin bir sözü ilə bitirmək istəyirəm – MƏN XOŞBƏXTƏM ki, AZƏRBAYCANLIYAM!”

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı