Marsda yaşamağın mümkünlüyü

14:12 24-03-2024 | icon 271 | Maraqlı
Marsda yaşamağın mümkünlüyü

Yer kürəsindən başqa bütün məlum planetlərdən yalnız Mars həyat üçün əlverişlidir.

 

Bu açıqlama ilə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Sergey Yazev çıxış edib.

 

“Əlbəttə, Yer Günəş sistemindəki istənilən digər planetlərdən daha yaxşıdır. Hətta Antarktidada və ya Himalayda bitki örtüyünün vəziyyəti Günəş sistemindəki istənilən planetdən qat-qat daha yaxşıdır. Ancaq çıxış yolu yoxdursa və harasa köçməlisənsə seçim Marsın üzərinə düşəcək”, - deyə Sergey Yazev vurğulayıb.

 

Sergey Yazev bildirib ki, Marsda şərait tamamilə əlverişsizdir, ora soyuq, tozlu, karbon dioksid atmosferi ilə zəngindir.

 

Orada bir vaxtlar çaylar axdığını, suların qaynadığını təsəvvür etmək indi çox çətindir:

 

“Lakin Marsın tədqiqinə başlamaq üçün baza qurmaq mümkündür. Orada yaşamaq çox çətin olacaq, lakin Antarktidada olduğu kimi, orada da insanların yaşaması mümkündür”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI