Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

14:24 24-03-2024 | icon 320 | Sağlamlıq
Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Bir çoxumuz xəstələnəndə bitki mənşəli üsullara müraciət edirik. Lakin bu üsullar diqqətsiz istifadə edildikdə böyrəklərə zərər verə bilər.

 
 
 
Nefrologiya uzmanı Prof. Dr. Mehmet Şükrü Sever bitki mənşəli üsullarla bağlı xəbərdarlıq edib.
 
 
O, dünya əhalisinin 75 faizinin bitki mənşəli məhsullardan dərman kimi istifadə etdiyini bildirib:
 
 
“Bitkilərdən hazırlanan dərman başqa, dərman üçün bitkilərdən istifadə etmək isə tamam başqadır. Tərkibi naməlum olan bitki qarışımları həyati təhlükəli nəticələrə səbəb ola bilər”.
 
 
Professor bildirib ki, ağrıkəsici kimi istifadə edilən çinar yarpaqlarından, söyüd ağacının yarpaqlarından və ya qabığından hazırlanan çaylardan çox istifadə olunur. O, bu səbəblə kəskin böyrək çatışmazlığından xəstəxanaya yerləşdirilən xəstələrin olduğunu diqqətə çatdırıb.
 
 
Severin fikrincə, bitki mənşəli məhsulların dərmanlarla qarşılıqlı əlaqəsi daha riskli ola bilər. Üstəlik, tərkibi bilinməyən təsadüfi otları, qabıqları qaynadıb xəstəliyin müalicəsində istifadə etmək özü də bir çox təhlükələrə səbəb olur:
 
 
“Bunların təbii olduğu və heç bir əks təsiri olmadığına dair fikirlər əsassızdır. Bir çox dərman bitkilərdən hazırlanır. Amma bu dərmanlar üçün əvvəlcə bitkilər təmizlənir, toksiklik tədqiqatları aparılır, kimyəvi tərkibi müəyyən edilir, dozalar standartlaşdırılır, heyvanlar üzərində tədqiqatlar aparılır və s. Bir sözlə, bu, çox uzun bir prosesdir".
 
 
Onun sözlərinə görə, həddindən artıq və şüursuz istifadə edilən otların böyrəklərə zərər vermə riski çox yüksəkdir:
 
 
“Ona görə də mənşəyi məlum olmayan yarpaqları və s.-ni qonşular və ya qohumlar məsləhət gördükləri üçün qaynadıb dərman kimi içmək məsləhət deyil. Bunu etmək istəyəndə nə qədər xəstəni kəskin böyrək çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirməli olduğumuzu yada salın”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI